Qərb Ermənistanı ikinci Ukrayna etməyə çalışır
Erməni politoloq Suren Surenyants Qərbin Ermənistanı Rusiyaya qarşı ikinci Ukraynaya çevirmək istəyindən əl çəkməyəcəyini bildirib.
Bu barədə o, sosial şəbəkə hesabında bildirib.
Surenyants qeyd edib ki, Macarıstan Baş naziri Orban Ukraynanın yaxın gələcəkdə NATO və AB üzvü olmayacağını dilə gətirib:
“Düşünmürəm ki, AB-də bu fikirdə olan yeganə şəxs Orbandır, sadəcə, Orban başqalarının düşündüklərini səsləndirən yeganə şəxsdir.
Ukrayna çox yüksək qiymət ödədi, dövlətçiliyin dağılması ilə üz-üzədir, lakin onun NATO və AB-yə üzvlüyü qətiyyən təmin edilmir. Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizə təsir edər”./axar.az