Ərdoğanın “Qarabağa necə girdiksə…” sözlərinin arxasındakı məqsəd – O, nə demək istəyib?

 

“Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədə Türkiyənin mənəvi, siyasi dəstəyi olub. Müharibəyə qədər Türkiyə bizim strateji tərəfdaşımız idisə, müharibədən sonra imzalanan “Şuşa Bəyannaməsi” ilə rəsmi səviyyədə tanınan müttəfiqimiz oldu”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına dediyi “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” ifadəsi şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ zəfərində qardaş Türkiyə ilə hərbi əməkdaşlığın mühüm rolu oldu:

“Lakin bu tarixi zəfərdə əsas pay Ali Baş Komandanın, Ordumuzun və Azərbaycan xalqınındır. Biz Türkiyəyə minnətdarıq, amma bu bizim daxili məsələmiz idi.

Ərdoğanın İsrailin ünvanına səsləndirdiyi ifadəyə gəldikdə isə deyə bilərəm ki, bu, başadüşüləndir. Bildiyiniz kimi, Yaxın Şərqdə siyasi və hərbi vəziyyət olduqca pisdir. Belə ki, İsrailin Qəzzada apardığı əməliyyat davam edir. Bundan başqa, son günlər İsrail-Livan münasibətləri də pisləşib. Hətta Təl-Əvivin hərbi əməliyyatlara başlamağa hazırlaşdığı deyilir.

Ərdoğan artan İsrail təhdidinə görə belə bir açıqlama vermiş ola bilər. Türkiyənin Azərbaycan və Liviya üçün etdikləri danılmazdır. İndi də bunları İsrailin irəli getməməsi üçün dilə gətirir. Yəni bu sadəcə çəkindirmək məqsədli deyilən ifadələrdir”.

Azərbaycanla Türkiyə arasında münasibətlər “Bir millət, iki dövlət” formulu üzərində qurulub. Mümkündür ki, Ərdoğanın “Qarabağa necə girdiksə…” bəyanatı bu formulun başqa şəkildə dilə gətirilməsidir. Olsun ki, Türkiyə Prezidenti Qarabağ savaşını öz savaşı, Azərbaycanı öz Vətəni bildiyini dünyaya bu şəkildə çatdırıb. Əgər belədirsə, haqsız sayılmaz.

Son illər Türk dünyası bir araya gəlir, Türk Dövlətləri Təşkilatı formatı uğurla inkişaf edir. Türk dövlətlərinin liderləri vaxtaşırı toplanır, sənədlər, bəyanatlar imzalayırlar. TDT-nin sonuncu qeyri-rəsmi Zirvə toplantısı bu ay Şuşada keçirildi. Ərdoğanın bəyanatını həm də bu kontekstdən dəyərləndirmək mümkündür. Qarabağ savaşını Türkiyə ilk vaxtlardan, xüsusilə də son 4 il müddətdə özbəöz savaşı sayıb. Bu da olduqca təbiidir. Azərbaycanla Türkiyənin yaxınlaşması, strateji müttəfiqə çevrilməsi Ərdoğanla Əliyevin ortaq layihəsidr. Bu, Şuşa Bəyannaməsi kimi mötəbər sənədə də öz əksini tapıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password