Ermənistanı məhv edərik! – Türk general elan etdi

 

10 noyabr bəyanatının imzalanmasından dörd ilə yaxın müddət keçib. Bu müddət ərzində Ermənistan hərbi mənada Azərbaycana qarşı güclənmək üçün silahlanmağa və təlimlərə üstünlük verdi. Diplomatik fəaliyyətlərə də nəzər yetirdiyimiz zaman Ermənistanın Rusiyanın yerinə Amerika və AB-ni seçərək, onlarla strateji yaxınlaşmağa başladığını görürük. Bütün bunlarla yanaşı, təxribatlar da davam edir. Beş gün öncə Kəlbəcərdəki mövqelərimiz iriçaplı silahlarla atəşə tutuldu, dünən isə kvadrokopterlə kəşfiyyat uçuşu həyata keçirməyə cəhd etdilər. Bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasını deyil, yenidən dəmir yumruq yeməyə həvəsli olduğunu göstərir.

Bu sözləri Ermənistan ordusunun son təxribatları haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General Türkiyənin hər an Azərbaycanın yanında olduğunu, Ermənistanın yeni müharibəyə cəhd edəcəyi halda dövlət kimi yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacağını vurğulayıb:

“Konstitusiya dəyişiklikləri ilə bağlı da Azərbaycandan vaxt istəyirlər. Yəni prosesi yubadaraq və bütün fürsətlərdən istifadə edərək, silahlanırlar. Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verəcəklərini açıqladıqları gündə həm də təxribata əl atırlar. Biz Paşinyan hökumətinə kimlərin, hansı ölkələrin cəsarət verdiyini çox yaxşı bilirik. Onların adı Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında açıq şəkildə qeyd olunub. Amma Paşinyan hökuməti və onun başını sığallayanlar, qızışdırıb ortaya salanlar qəti surətdə yeni müharibəyə başlamaq cəhdinin Ermənistanın ən böyük tarixi səhvi olacağını dərk etməlidirlər. Heç kim Türkiyə və Azərbaycanın səbri ilə oynamamalıdır. Şuşa Bəyannaməsini təkrar-təkrar oxusunlar. Bu sənəd boş-boşuna hazırlanmayıb, imzalanmayıb. Hər kəs bilməlidir ki, Ermənistana kim dəstək verirsə versin, nəticə dəyişməyəcək. Nəyəsə ümid edib səhv addım atsalar, aldıqları silahları işə salmaq bir yana dursun, gözlərini açmağa imkanları olmayacaq. Arxalarında duranlar isə onları ortada qoyub qaçacaq. Biz sülh içində yaşamaq, normal münasibət qurmaq istəyirik, buna görə səbir edirik. Ancaq səbrimizi zəiflik kimi görənlər, geri addım atacağımızı, güzəştə gedəcəyimizi düşünənlər çox böyük səhv edirlər. Vətən müdafiəsində geri addım, güzəşt olmur!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password