Paşinyan Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək?

 

Ermənistanın baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır. O, konfransda ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq.

Bu barədə “Hraparak” qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Biz hökumətə dəvəti nə zaman aldığı barədə yazılı sorğu göndərmişik. Həmçinin, Ermənistanın baş nazirinin Bakıya gedərək COP-29 konfransında iştirak edib-etməyəcəyini də soruşmuşuq”, – qəzet yazıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password