Palata 91 milyon manatlıq maliyyə pozuntusu aşkarladı

 

Bu ilin I yarısında Hesablama Palatası 91 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb.

Büdcəyə zərərin 39,3 milyon manat olduğu hesablanıb.

Qurumun kollegiyası 36,6 milyon manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində təkliflər verib.

2,7 milyon manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar 2 audit üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Büdcəyə zərərdən əlavə, həm də digər maliyyə pozuntuları da qeydə alınmışdır. Auditlər zamanı rast gəlinən bu pozuntulara vəsaitlərin icrası zamanı vahid büdcə təsnifatına əməl olunmaması, satınalma tətbiq olunmadan vəsaitin icrası və s. hallar aid edilib ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 51,7 milyon manat təşkil edib.

Nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlarında 169,3 milyon manatlıq təhriflərə yol verildiyi aşkarlanıb ki, bunların 47 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 14 halda nəzarət obyektlərinə auditor hesabatı və kollegiya qərarları göndərilmişdir. 2024-cü ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim olunmuşdur. 5 tədbir üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, 2 tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 8 tədbirlə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara məlumat göndərilmişdir.

Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılmış, əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan vəsaitdən 2,3 milyon manatın hesabat tərtib olunduğu günədək pul və əvəzləşdirmə formasında bərpası təmin edilib.

Əvvəlki ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 661,5 milyon manat əhəmiyyətli təhriflərin 205,2 milyon manatı üzrə müvafiq düzəlişlər edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password