Ermənilər öldürücü silahları işə saldı – Əmri onlar verib
Azərbaycan mövqelərinin atəşə tutulması ABŞ, Fransa və AB-ni təmsil edən hərbi müşavirlərin iştirakı, daha doğrusu, şərikliyi ilə həyata keçirilib. Belə ki, onlar bu yaxınlarda Ermənistana verilmiş öldürücü silahları döyüş şəraitində sınaqdan keçirmək qərarına gəliblər.
Bunu Minval.az etibarlı mənbələrinə istinadən yayıb.
Bildirilir ki, Ermənistan xarici kəşfiyyatdan istifadə etməklə Azərbaycan Ordusunun atəşə necə reaksiya verəcəyini öyrənməyə ümid edib:
“Erməni revanşistlərin bu dəfə Kəlbəcər istiqamətində növbəti təxribatı çox genişmiqyaslı və dramatik nəticələr verə bilər. Əvvəla, sərhəddə kifayət qədər uzun müddət sakitlik hökm sürürdü. Bakı və İrəvan ən çətin hissələrdən birində – Qazaxda sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişə nail oldular. Bütün bunların fonunda ərazilərimizin atəşə tutulması artıq çox uzaq hədəfləri olan təxribatdır. Üstəlik, Ermənistan son bir ildə ilk dəfə ağır silahlardan istifadə edib. Amma ən vacib və ən təhlükəlisi başqadır. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycan mövqelərinin atəşə tutulması ABŞ, Fransa və AB-ni təmsil edən hərbi müşavirlərin iştirakı, daha doğrusu, şərikliyi ilə həyata keçirilib. Belə ki, onlar bu yaxınlarda Ermənistana verilmiş öldürücü silahları döyüş şəraitində sınaqdan keçirmək qərarına gəliblər.
Bundan başqa, ABŞ və Fransa hərbçiləri, eləcə də AB missiyasına daxil olan kəşfiyyatçıların Ermənistan silahlı qüvvələrinə təqdim etdikləri snayper tüfənglərinin Azərbaycan hərbçilərinə qarşı real döyüş şəraitində tətbiq edilməsi barədə məlumatlar var. Faydalı atəş mövqeyinin seçilməsi, atəşdən sonra geri çəkilmək, “tələlər”, yəni yalançı atəş nöqtələri quraşdırmaq, atəşdən dərhal sonra rabitə və digər vasitələrdən istifadə edərək kəşfiyyat aparmaq və bir çox digər tapşırıqlar – bütün bunlar Qərb və NATO ölkələrinin hərbi standartlarına uyğun olaraq həyata keçirilirdi”.
Nəşrin yazdığın görə, bu, əslində AB-nin monitorinq missiyasının ifşasıdır:
“Bunu necə başa düşməliyik? Bir qutu erməni brendi üçün belə təxribat əməliyyatı ilə bağlı “yerində razılaşmaq” çox çətindir. Avropa Birliyinin Ermənistandakı monitorinq missiyasının nəhayət özünü ifşa etdiyi açıq-aydın görünür. Bu, Fransa və ABŞ-ın “səlibçilərin” ideologiyası əsasında yaratdığı yeni təxribatçı missiyadır. Ermənistana qəfil “sevgi”nin alovlanmasının başqa yolu yoxdur. Əksəriyyəti təqaüddə olan polis zabitlərindən və peşəkar hərbçilərdən ibarət bu missiya təkcə dağlarda durbinlə gəzməyi sevmir. Bu, əslində Fransanın bölgədəki hərbi bazasıdır. Üstəlik, Fransa və onun müttəfiqləri Ermənistanın remilitarizasiya prosesini dəstəkləmək üçün açıq şəkildə “alətlər dəstini” genişləndirirlər. İrəvan cəlbedici adına baxmayaraq, hərbi proqram olan Avropa Sülh Fondundan maliyyə alır. Mümkündür ki, “böyük dayılar” tərəfindən belə diqqət Ermənistanı çox sevindirir. Amma bu, həmin Qərbdir ki, artıq Ukraynanı faktiki olaraq dağıdıb, əvvəlcə müharibə olacağı təqdirdə ona dəstək vəd edib, sonra isə öz vədlərini yerinə yetirə bilməyib, hətta bundan əvvəl, 2008-ci ildə Gürcüstana xəyanət edib. Bu gün həmin Qərb Ermənistanı öz oyununa sürükləyir”