Zaur Mikayılovun kadrı Samir Cəbrayılov Nəqliyyat və Xüsusi Texnika İdarəsində nə kimi narazılıqlar yaradır

 

Məlum olduğu kimi Prezident İlham Əliyevin 30 mart 2023-cü ildə imzaladığı “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Sözügedən fərmana əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Elə həmin gün də  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edildi.

Son günlər elektron mediada yayılan məlumatlarda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni yaradılan strukturlarla əlaqədar bir çox kadr dəyişikliklərinin baş verdiyi bildirilir. Məsələn, Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun may ayında imzaladığı əmrlə Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər. Qeyd edək ki, bu təyinatlara qədər Əsəd Şirinov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müşaviri, Etibar Məmmədov isə “Azərsu” ASC-nin sədr müavini olublar.  “Azərsu” ASC -nin sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində yaradılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsəəin İdarə Heyətinə sədr əvəzi təyin olunub.

Zaur Mikayılovun yeni təyin etdiyi kadrlardan biri də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Cəbrayılov Samir Şahin oğludur. Redaksiyamıza verilən məlumatlara görə bu şəxs vaxtılə Gömrük Komitəsində çalışıb. Orada yol verdiyi nöqsanlara görə işdən qovulub. Daha sonra Zaur Mikayılov tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də təsərrüfat şöbəsində işə qəbul edilib. Məlumatlara görə Samir Cəbrayılov bu vəzifəyə iyun ayının 21 də təyin olunub. Son 15 gün ərzində isə 200-dən çox işçini işdən çxarıb. Ona bu işdə təmir emalatxanasının rəis müavini Nurlan Tağıyev yardım edir. Atası Hesablama Palatasında işləyən bu şəxs bütün işçilər haqqında mənfi rəy formalaşdırır, rəhbərliyə istədiyi kimi təqdim edir.

Samir Cəbrayılovun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin personal əmək haqqı şöbəsinə müdir təyin etdiyi Bəyim Seyidzadə isə səbəb oldu-olmadı tarifləri aşağı salır, maaşları kəsir. İdarədə 650-500 manat maaş alan işçilərin əmək haqqları yarıbayarı kəsilir, artıq saatlar ödənilmir. Əməkhaqqı şöbəsinin müdiri Yunis Kazımov isə bu işlərdə Bəyim xanıma dəstək olur.
Redaksiyamıza verilən məlumatlara görə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qarajlarında özbaşınalıqlar baş alıb gedir. Qurumun 2 nömrəli qarajına vaxtılə Köçərli Həsənov tərfindən təyin edilmiş rəis Elçin Süleymanov istədiyini edir. Keçmişdə hərbçi olmuş rəis iş saatlarını azaldıb, qarajı hərbi rejimlə idarə edir.

Xatırlatmaq istərdik ki, Aktualinfo.org Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən bir çox özbaşınalıqlarla bağlı hələ ötən il geniş məlumatlar yaymışdı. Həmin məlumatlarda idarədə ehtiyyat hissələrinin əvəzlənməsi zamanı yeyintiyə yol verildiyi, çox vaxt köhnələrin təmir edilərək yeni kimi sənədləşdirildiyi bildirilirdi. Məsələn ağır tonnajlı bir xüsusi texnikanın hər hansı bir hissəsi sıradan çıxırsa, bu yenisi ilə əvəzlənmir. Həmin ehtiyyat hissəsinin köhnəsi tapılır. Bəzi xırda detalları alınaraq sazlanır və yeni kimi sənədləşdirilir. Texnikalara ehtiyyat hissələrinin və sürgü yağlarının alınmasna ayrılan vəsaitlər müxtəlif yollarla mənimsənilir, ehtiyyat hissələri, sürtgü yağları sürücülərin şəxsi vəsaitləri hesabına alınır.

Qeyd edək ki, “Azərsu” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, yəni qarajı var. Bundan başqa, Səhmdar Cəmiyyətin rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Son struktur dəyişiklikləri zamanı dəyişiklik olmayıbsa  rayonlarla bərabər ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var. Bu nəqliyyat parklarının hər biri son illər Qorxmaz və Xürrəm Hüseynov qohumlarının ən çox talan etdiyi yerlərdən olub. Qeyd etdiyimiz kimi, Qorxmaz Hüseyinov artıq yoxdu. Xürrəm Hüseynovunun vəzifəsi isə Zaur Mikayılovun kadrı Samir Cəbrayılova həvale edilib.

Redaksiyamıza verilən ən son məlumatda isə bildirilir ki, iyul ayının 17-də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşanıb. Belə ki, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyiblər. İşçilər buna etiraz etdikdə ciddi narazılıq yaranıb. Bütün bünlardan isə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun xəbərsiz olduğu bildirilir.  Mövzuya daha ətraflı növbəti günlərdə bir daha qayıdacaağıq.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password