Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi – Video

 

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi İcmasının Zirvə toplantısında növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.

Makron tədbir çərçivəsində keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin Fransanın Ermənistanı silahlandırması ilə bağlı suallarına cavab verərkən ölkəmizə qarşı ittihamlar səsləndirib.

Belə ki, o, 2020-ci ildə Azərbaycanın Ermənistanın təmas xəttindəki təxribatına və yaranmış eskalasiyaya cavab olaraq əks-həmlə əməliyyatlarını həyata keçirməsini ölkəmizin müharibəyə başlaması kimi təqdim edib.

Halbuki, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan sözügedən əməliyyat nəticəsində BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin və ATƏT-in qərarlarının icrasına nail olub. Bununla da, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edə bilib.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etdiyi bir vaxtda E.Makronun bu cür qərəzli fikirlər səsləndirməsi Fransanın sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Bununla yanaşı, o, ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandıraraq “Bu, təbii haldır. İki suveren ölkə müdafiə sahəsində əməkdaşlıq edir. Hansısa bir dövlətin özünü silahlandırması normal haldır…” – deyə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində E.Makronun ənənəvi bu qərəzli mövqeyinə münasibət bildirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub:

“Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password