Qərbin Zəngəzur tələbi güclənir, dəhliz açılacaq – Ananyan

 

Proseslər elə bir ssenari üzrə gedir ki, mövcud hakimiyyətin müəyyən xırda kompromis üstünlükləri əldə edə bilməsi illüziyadır.

Bunu “məxməri inqilab”dan dərhal sonra vəzifəyə təyin edilən və bir müddət sonra istefa verən Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan deyib.

O bildirib ki, biz hətta söhbətin nədən getdiyini qiymətləndirə bilmirik:

“Vaxtilə Ermənistanın çəkməli olduğu Mehri dəmir yolunun açılmasından danışılırdı. Vaxtilə 4-ü Türkiyəyə, 3-ü Azərbaycana olmaqla, 7 qovşaqdan bəhs edilirdi. Hakimiyyət ictimai müzakirə təşkil etmədiyi üçün bu gün nədən söhbət getdiyini bilmirəm. Bircə onu bilirəm ki, Zəngəzur dəhlizi Çindən Avropaya gedən Orta Dəhlizin bir hissəsidir. Əgər Şimal-Cənub marşrutunda benefisiarlar Ermənistandan keçə bilən Hindistan və Rusiyadırsa, Orta Dəhlizin benefisiarı Türk dünyası və Çindir. Zəngəzur dəhlizi Rusiya və İrana qarşı yönəlmiş geosiyasi problemi də həll edəcək”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərblə əməkdaşlıq edərək, əslində, Zəngəzur dəhlizinin açılması layihəsini həyata keçirmək yolu ilə gedir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password