Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat başladı: Valideynlər narazıdırlar
Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb.
Lakin valideynlərin ən çox rastlaşdığı problem sistemin qısa zamanda dolmasıdır:
Onların sözlərinə görə, müəyyən bağçalarda qeydiyyat üçün sistemin dolmasına baxmayaraq, ödəniş etməklə yerlər açılır”.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, bu kimi hallarla rastlaşan valideynlər agentliyə müraciət etməlidirlər. Mövzu araşdırıldıqdan sonra qayda pozuntusu olarsa, həmin bağça rəhbərliyi cəzalandırılacaq.
Xatırladaq ki, qeydiyyatdan sonra uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə iyulun 19-u, Bakı şəhəri üzrə isə iyulun 26-dan başlayacaq.
Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.
Ətraflı Baku TV-nin süjetində: