Rektor: Qərb bölgəsindən olan abituriyentlərin də Qarabağ Universitetinə marağı böyükdür

 

Qərb bölgəsindən olan abituriyentlərin də Qarabağ Universitetinə marağı böyükdür.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov verdiyi açıqlamada bildirib.

“Biz bu günlərdə Qərb bölgəsində “Qarabağ” Universitetinin təqdimatı ilə bağlı görüşlər keçiririk. Görüşlər zamanı Universitetin hədəfləri, gələcək planları ilə bağlı geniş məlumatlar veririk, abituriyentlərin və valideynlərin suallarını cavablandırırıq. Biz onların Qarabağ Universitetinə böyük marağının olduğunu görürük. Abituriyentlər arasında Qarabağ Universitetində təhsil almaq istəyənlərin sayı çoxdur. Bu hal bizim üçün sevindiricidir”, – rektor deyib.

O qeyd edib ki, bu abituriyentlərin əksəriyyəti imtahanlarda yüksək nəticə əldə edənlərdir:

“Düşünürəm ki, Qarabağ Universitetinin qurulmasında, ilk təhsil alan tələbələr sırasında bu bölgənin gəncləri də çoxluq təşkil edəcək”.

Ş.Bayramov həmçinin vurğulayıb ki, digər bölgələrdə də Qarabağ Universitetinin təqdimatı keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password