“Yaşıl enerji” zonasında hansı işlər görülüb?

 

Azad edilmiş ərazilərdə cari dövrədək 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 KVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdiriləcək.

Bunu açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev bildirib.

Onun sözlərinə görə, artıq Laçın rayonunun Zabux kəndində 223, Sus kəndində 59 fərdi yaşayış evinin hər birində 3.3 kVt, Laçın şəhərində 24 fərdi yaşayış evinin hər birində 3-5 kVt, Zəngilan rayonunda yerləşən Konqres Mərkəzində 166 kVt, Füzuli, Laçın, Zabux və Susdayerləşən məktəb binalarında 20-40 kVt, Zəngilan rayonunun Ağalı kəndində inzibati binaların üzərində ümumi gücü 325 kVt olan damüstü günəş panelləri quraşdırılıb və şəbəkəyə qoşulma təmin edilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və qərarı ilə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan edilib və hazırda bu ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası tətbiq edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialının istifadəsi və ərazilərin ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin edilməsi Konsepsiyanın əsas məqsədlərindən biridir.

Konsepsiyanın tələblərinə əsasən, məskunlaşma zamanı fərdi evlərdə və ictimai binalarda yaşıl texnologiyaların, o cümlədən, günəş panellərinin quraşdırılması təmin edilməlidir.

“Yaşıl enerji zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin, küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi kimi “yaşıl” texnologiyalardan istifadə şəhər, rayon, qəsəbə və kəndlərin layihələndirilməsi zamanı nəzərə alınan əsas amillərdən biridir”, – deyə o qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password