“Rusiya və Ukrayna ilə razılığa gələ biləcək yeganə lider Ərdoğandır” – Orban

 

Macarıstanın Baş naziri Viktor Orban Türkiyənin Ukraynada müharibə başlayandan bəri sülhün təmin edilməsində əvəzolunmaz işlər gördüyünü deyib.

Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dənizdə taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimi olduğunu bildirib.

Macarıstanın Baş naziri Viktor Orban “X” hesabında paylaşdığı bir videoda ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun 75-ci ildönümünü tədbiri çərçivəsində görüşdüyü Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

O Ərdoğanla ikitərəfli görüş zamanı Ukraynada daha amansız səviyyəyə çatan müharibənin müzakirə edildiyini və oradakı iztirablara son qoymaq üçün sülhün və sülh təşəbbüsünün zəruriliyinin qaçılmaz olduğunu vurğulayıb.

O görüş zamanı Ərdoğandan Rusiya və Ukrayna arasında sülh missiyasında ona yardım etməyi xahiş edərək Ərdoğanın Rusiya və Ukrayna ilə razılığa gələ biləcək yeganə lider olduğunu müdafiə dib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password