Pezeşkiandan xarici siyasətlə bağlı ilk açıqlama
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian İsrailə qarşı “müqavimət hərəkatları”nı dəstəkləyəcək.
Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Belə ki, qəzetin yazdığına görə, Pezeşkian “Hizbullah” lideri Həsən Nəsrullaha məktub yazıb. Məktubda qeyd olunub ki, “İran İslam Respublikası ardıcıl olaraq region əhalisinin qeyri-qanuni sionist rejimə qarşı müqavimətini dəstəkləyir”.
Pezeşkian “Hizbullah” liderini İranın İsrailə qarşı qruplaşmaları və digər regional “müqavimət hərəkatlarını” dəstəkləməyə davam edəcəyinə əmin edib.
Bu, Pezeşkianın şənbə günü seçildikdən sonra xarici siyasətlə bağlı ilk açıq bəyanatı hesab edilıir.