Pezeşkiandan xarici siyasətlə bağlı ilk açıqlama

 

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian İsrailə qarşı “müqavimət hərəkatları”nı dəstəkləyəcək.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Belə ki, qəzetin yazdığına görə, Pezeşkian “Hizbullah” lideri Həsən Nəsrullaha məktub yazıb. Məktubda qeyd olunub ki, “İran İslam Respublikası ardıcıl olaraq region əhalisinin qeyri-qanuni sionist rejimə qarşı müqavimətini dəstəkləyir”.

Pezeşkian “Hizbullah” liderini İranın İsrailə qarşı qruplaşmaları və digər regional “müqavimət hərəkatlarını” dəstəkləməyə davam edəcəyinə əmin edib.

Yeni seçilmiş prezident onu da vurğulayıb ki, bu dəstək “İran İslam Respublikasının fundamental siyasətlərində, İmam Xomeyninin əməllərində və Ali Rəhbərin göstərişlərində dərin köklərə malikdir”.

Bu, Pezeşkianın şənbə günü seçildikdən sonra xarici siyasətlə bağlı ilk açıq bəyanatı hesab edilıir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password