Gürcüstanın Aİ-yə qəbulu prossesi dayandırıldı – Ayrılan 30 milyon da verilmədi

 

Avropa İttifaqı(Aİ) ölkələrinin liderləri Gürcüstanın Aİ-yə qəbulu prosesini dayandırmağı razılaşdırıblar, çünki rəsmi Tbilisinin niyyətləri Aİ liderləri üçün aydın deyil.

Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

O, qeyd edib ki, “xarici agent” qanunu Gürcüstan tərəfindən geriyə atılmış addımdır: “Həmçinin, anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərlidir və ürəkağrıdandır”.

Qerçinski ümid etdiyini bildirib ki, “oktyabrda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlayacaq”.

O, həmçinin bildirib ki, Avropa İttifaqı Gürcüstanın Müdafiə Nazirliyi üçün 30 milyon avro ayırmaqdan vaz keçib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password