Orban Şuşa zirvəsindən narahat olan Borrelin cavabını verdi – “Arxası üstə uzanıb…”

 

Macarıstanın Baş naziri Viktor Orban X səhifəsində Avropa Birliyinin baş diplomatı Borrelin Şuşadakı zirvə ilə bağlı atmacalarına cavab verib.

Orban yazıb:”Siz Brüsseldə rahat kresloda barış yarada bilməzsiniz. Aİ-nin sədrliyi Aİ adından danışıqlar aparmaq səlahiyyətinə malik olmasa belə, siz arxası üstə uzanıb, müharibənin möcüzəvi şəkildə sona çatacağına ümid edə bilməzsiniz. Biz sülhə doğru ilk addımların atılmasında mühüm vasitəçi rolunu oynayacağıq. Bizim sülh missiyamızın məqsədi də budur”.

Qeyd edək ki, Türk  dövlətlərinin birliyini nümayiş etdirən Şuşa zirvəsi bəzi Qərb liderlərini ciddi şəkildə narahat edib. Artıq bunu açıq biruzə verməyə başlayıblar.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin Macarıstanın baş naziri Viktor Orbanın Şuşa sammitində iştirakı ilə bağlı açıqlaması da bunu göstəririr

Xatırladaq ki, Aİ rəsmisi Orbanın Şuşa zirvəsində iştirakından narazılığını ifadə edib: Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Avropa İttifaqını təmsil etməyib.

Bundan əlavə, Avropa İttifaqı təşkilatda müşahidəçi qismində TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) legitimləşdirmə cəhdlərini pisləyir”.

Xatırladaq ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirilib və “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Görüşə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ev sahibliyi edib. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password