“Konstitusiyamız problemlidir, yenisi lazımdır” – Paşinyan

 

Baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasını ziddiyyətli adlandırıb.

Bu barədə “Konstitusiya Günü” münasibətilə vətəndaşlara müraciətində bildirib.

“İndiki konstitusiyamız dərin sosial-psixoloji qarşıdurma içindədir. Hamımıza məlum olan hallara görə, bu gün Ermənistan vətəndaşı hesab etmir ki, konstitusiya onun özü və qonşusu, icması, özü və dövlətinin digər sakinləri ilə yaşamaq qaydalarına dair anlayış və razılığını ifadə edir.

Vətəndaş hesab edir ki, həmin mətni hakim elita (keçmiş hakimiyyət – red.) yaradıb, onun qəbul olunduğunu bəyan edib və faktiki olaraq Ermənistanda təqdim edib. İnanıram ki, bu, ölkəmiz üçün əsas problemdir və ölkəmizə yeni konstitusiya lazımdır və mən hazırda yeni mətndən çox onun yaradılması və qəbulunun yeni üsulundan danışıram”, – Paşinyan vurğulayıb.

 

Ermənistan rəhbəri konstitusiya dəyişikliyi məsələsinin gündəmdə olduğunu qeyd edib:

“Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password