Bakıdan İrəvana son xəbərdarlıq: Cavabımız sərt olacaq – Kritik gəlişmə

 

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar növbəti dəfə sabotaj edilir. Erməni tərəfi özünün ənənəvi xarakterinə uyğun olaraq prosesi manipuliyasiya etməklə məşğuldur. Sözsüz ki, Ermənistanın istənilən məsələ ilə bağlı səmimiyyəti həmişə şübhə doğurub. Bu, yeni bir məsələ deyil.

Bunu VI çağırış Milli Məclisin deputatı olmuş Ziyafət Əsgərov deyib.

“Bu yaxınlarda Nikol Paşinyanın və onun komandasının bəzi üzvləri bir ay müddətinə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdi. Bir tərəfdən sülh tərəfdarı kimi görünən Ermənistan rəhbərliyi, digər yandan imitasiya ilə məşğuldur. Prezident İlham Əliyev səviyyəsində dəfələrlə vurğulanıb ki, Ermənistan Konstitusiyası və digər normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsə, heç bir sülhdən söhbət gedə bilməz”, – deyə o qeyd edib.

Ziyafət Əsgərov hesab edir ki, Azərbaycan qısa zamanda sülhün əldə edilməsinin tərəfdarıdır:

“Ermənistan isə həmişə olduğu kimi sülhlə imitasiya edir. Bu o deməkdir ki, erməni tərəfi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Sözsüz ki, bu onların problemidir. Sülh olmasa belə, Azərbaycan öz yolunda və inkişafındadır. Artıq dünya birliyi də görür ki, sülhün əldə edilməməsində yeganə günahkar ölkə Ermənistandır. Təbii ki, sülhün yubanması digər məsələlərə təsir edəcək. Hazırda davam edən delimitasiya və demarkasiya prosesində erməni tərəfi pozuculuq etsə, bu heç də onun xeyrinə olmayacaq. Azərbaycanın tam ixtiyarı var ki, bu məsələdə öz istədiyi kimi hərəkət etsin. Yəni, Azərbaycan özünün milli və dövləçilik maraqlarına uyğun olan addımlar atacaq”.

Əsgərov bildirib ki, Fransa tərəfindən hücum silahları ilə silahlandırılan Ermənistanın sülhdə nə dərəcədə səmimi olduğu müşahidə edilmir:

“Əgər Ermənistan sülh tərəfdarıdırsa, nəyə görə Fransadan hücum silahları alır? Paris hansı məqsədləri üçün Ermənistanı cəbhəxanaya çevirdiyi də anlaşılan deyil. Belə çıxır ki, Ermənistan sülhə hazır deyil. Bu ölkənin sülhə marağı da yoxdur. Sülhə dair nə qədər bəyanatlar versələr də, məqsədləri, fikirləri başqadır. Nəhayət əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəksə, o zaman yenə də layiqli cavabını alacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password