Ərdoğan Azərbaycana gəlir – Sülh planı masada olacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda sıx diplomatik proqram həyata keçirəcək.

Dünən Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edən Türkiyə lideri ay ərzində mühüm görüşlərini davam etdirəcək.

Prezident Ərdoğanın Qazaxıstandan sonra növbəti dayanacağı Azərbaycan olacaq. Türkiyə lideri iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvəsində iştirak edəcək. Sammitdə Xəzər qazının Türkiyə üzərindən Qərbə nəqli və türk dövlətləri arasında ticari fəaliyyətlərin artırılması kimi mövzuların müzakirə olunacağı gözlənilir. Azərbaycan və Ermənistan arasında sülh prosesi də Ərdoğanın mühüm gündəm mövzularındandır.

Ərdoğan diplomatik fəaliyyətini ABŞ-də yaranmasının 75-ci ildönümünü qeyd edəcək NATO sammiti ilə davam etdirəcək, iyulun 9-11-də Vaşinqtonda alyans liderləri ilə görüşəcək. Ərdoğanın NATO qovluğunda qlobal problemlərdən tutmuş regional və ikitərəfli məsələlərə qədər bir çox məsələ olacaq.

Qəzzadakı durum, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin təhlükəsizliyi və Yaxın Şərqdəki proseslər Türkiyə prezidentinin gündəmində ən qaynar mövzular kimi önə çıxır. Türkiyənin NATO-ya verdiyi töhfələr, alyansın cənub cinahının müdafiəsi, müttəfiqlərin Türkiyəyə qarşı müdafiə sənayesi sanksiyaları, terrorla mübarizə kimi məsələlərin də Prezident Ərdoğanın gündəmində olacağı gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password