Azərbaycan olmadan ŞƏT çərçivəsində mühüm nəqliyyat dəhlizləri reallaşdırıla bilməz

 

Azərbaycan olmadan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində mühüm nəqliyyat dəhlizləri reallaşdırıla bilməz.

Bu barədə Dünya İqtisadiyyatı İnstitutunun eksperti Yersultan Janseitov Astanada ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının kuluarlarında deyib.

“Azərbaycan Xəzər regionunda və ümumilikdə Avrasiyada əsas geosiyasi oyunçulardan biridir. Qarabağ məsələsinin həlli ilə bu gün 30 il ərzində öz potensialını reallaşdıra bilməyən çox mühüm nəqliyyat dəhlizləri açılır”, – deyə o vurğulayıb.

Azərbaycanın “ŞƏT+” formatında iştirakına toxunan Janseitov təşkilatın ilkin olaraq beş postsovet ölkəsinin əməkdaşlığı kimi formalaşsa da özlüyündə öz üfüqlərini genişləndirdiyini qeyd edib.

“Bu gün ŞƏT ailəsinin böyüdüyünü görürük, bizim daha bir bir üzvümüz var – bu Belarusdur və gələcəkdə Azərbaycanın ŞƏT ailəsinə daxil olması hər kəs üçün qarşılıqlı uduşlu ssenaridir. Çünki bu gün Azərbaycan olmadan mühüm nəqliyyat dəhlizləri reallaşdırıla bilməz. Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM və ya Orta Dəhliz). Misal üçün, Çin tərəfindən bu dəhlizin genişləndirilməsinə böyük maraq görürük. Si Cinpinin Qazaxıstana hazırkı səfəri çərçivəsində prezidentimiz Kasım-Jomart Tokayevlə görüşü zamanı bu marşrutun inkişafına dair mühüm sazişlər bağlanıb. Məntiqlidir ki, Azərbaycan olmadan bu plan heç bir şəkildə reallaşdırıla bilməz. Bu səbəbdən Azərbaycanın o cümlədən, ŞƏT çərçivəsində bütün bu kimi strateji proseslərə cəlb olunması çox məntiqli və hamı üçün əlverişli variantdır”, – deyə ekspert qeyd edib.

Janseitov daha sonra bildirib ki, Azərbaycan hazırda Qazaxıstanın enerji resurslarının ixracı üçün əsas prioritetdir, çünki ölkə xarici bazara tədarüklərini şaxələndirir.

“Bərpa olunan enerji çox aktual məsələdir, çünki ölkələrimiz enerji resurslarının ixracında güclüdür, lakin qarşıdan yeni texnoloji əsr gəlir. Hazırda bütün dünya ölkələri alternativ enerjiyə keçir. Burada yeni alternativ enerji mənbələrinin ən böyük istehsalçısı kimi Çinlə əməkdaşlıq çox vacibdir. Bu səbəbdən burada, Avrasiya qitəsində bir-biri ilə qarşılıqlı əlaqəli dövlətlər zənciri formalaşır və onlar əsas ixrac istiqamətini enerji resurslarına yönəltmələrinə baxmayaraq, eyni zamanda bu cür “yaşıl” enerji arxitekturasını qururlar”, – deyə o aydınlıq gətirib.

Ekspert hesab edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər kontekstində Türk Dövlətləri Təşkilatının (TDT) rolu mühümdür.

“Çünki ortaq tarixi köklərə malikik, hamımız bir türk ailəsində qardaşıq. Ölkələrimizin xalqlarında vahid məkana, vahid böyük ailəyə mənsub olmaqla bağlı özünüdərki formalaşdırmaq üçün burada həmçinin ideoloji fəaliyyət istiqaməti də vacibdir. Çünki dünyadakı hazırki geosiyasi reallıqlarda bir-birimizin ən yaxın müttəfiqləriyik. Qardaş dövlətlərin ittifaqı kimi vahid və monolit bir qurum formalaşdırmaq üçün böyük potensialımız var”, – deyə o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password