Polis zabitinin müəmmalı ölümü… – Oğuzun polis rəisi Vüqar Əliyev hadisəni DİN-dən necə gizlədib
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, əvvəl Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili işləmiş, Əvvəl Oğuz, hazırda İsmayıllı rayon Polis şöbəsinin rəisi olmuş, polis polkovnik Vüqar Əliyevdir.
Oğuz rayon Polis şöbəsinin rəisi olarkən, polis polkovniki Vüqar Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyinin etimadını yüksək səviyyədə doğrulda bilən insan kimi tanınırdı.. Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Oğuz rayon Polis şöbəsinin rəisi olduğu müdətdə, polis polkovniki Vüqar Əliyev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanardı. Onun rəhbərliyi dövründə Oğuzda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Oğuz da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürdülər.
Vüqar Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!O, ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Vüqar Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırırdı! Əgər 2020-ci ildə bir hadisə baş verməsəydi.
Bəli, bütün yuxarıda qeyd edilən fikirləri həqiqətən ürəkdən cənab Vüqar Əliyev barəsində demək və hətta badə də qaldırmaq olardı. Lakin çox təəssüflər olsun ki, 2-ci Qarabağ Müharibəsinin ən qızğın vaxtında nə oldusa, şəxsi heyətinə daxil olan məcburi kökçünlərdən ibarət 4 nəfərlə ( Ağdam, Laçın, Şuşa və Kəlbəcərdən olan ) Oğuz Rayon Polis Şöbəsinin rəisi cənab V.Əliyevlə birlikdə rayonun Xaçmaz kəndi yaxınlığındakı meşəli dağlarında ov edib quş-quşlamaq və yeyib içmək zamanı faciəli hadisə baş verməsəydi. Həmin gün, yəni oktyabrın 2-də Xaçmaz kəndinə XTQ-nın əfsanəvi döyüşçüsü, şəhid Kamil Atakişyev kasıb evindən son mənzilə yola salınırdı. Şəhidin yas mərasiminə hətta qonşu kəndlərin də camaatının axın etdiyi bir vaxtda, V.Əliyev əllərində silahla şəhidin darvazasının qabağından keçib kəndin yuxarısına doğru hərəkətlərini davam etdirdilər. Kənd camaatı əvvəl elə bildi ki, polis rəisi şəhidin hüzr mərasiminə qatılmağa və başsağlığına gəlib, lakin rəis və dəstəsinin ağızucu da olsa “Allah rəhmət eləsin” demədən yollarını dağ istiqamətində davam etdirmələri insanların çoxunun təəccübünə səbəb olmuşdur. Doğrudur, xalq öz qəhrəman şəhidini rəis və onun işğal altında 30 il qalan dəstəsinin dədə-baba torpağının azadlığı uğrunda canından keçən XTQ şəhidini necə lazımdırsa son mənzilə yola saldılar. Və elə hüzürün səhəri günü bütün kəndlərdə xəbər yayıldı ki, bəs dünən cənab Vüqar Əliyevlə birlikdə dağlarada ov edib kef çəkməyə gedənlərdən birisi, Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi dağdan yıxılaraq faciəli surətdə vəfat etmişdir. Onun nəşini Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri hadisədən 2 gün sonra qayalığın dibindən xüsusi əməliyyatla, çox çətinliklə cənazəsini götürə bilmişlər. Bəli, yerli sakinlər də haqlı olaraq düşünürdülər ki, polis rəisi və dəstəsi dağlarda ov edib yeyib içdikdən sonra əslən Laçından olan polis zabiti çox güman ki, sərxoş vəziyyətdə olmuş və ayağı büdrəyərək dağdan yıxılaraq ölmüşdür.
Baş vermiş hadisənin əsl mahiyyətini rəhbərliyə izah etmək üçün yüksək kombinasiyalı bacarıqlara və fitri istedada malik olan cənab V.Əliyev Bakıya göndərdiyi raportda bildirmişdir: Kİ, “ hansısa “X cinayətkarın” saxlanması üçün Xaçmaz kəndi yaxınlığındakı dağlarda xüsusi əməliyyat keçirərkən Polis Şöbəsinin əslən Laçından olan Cinayət Axtarış Bölməsinin rəisi Kazımov Ramin xidməti vəzifəsini həyata keçirərkən faciəli surətdə həlak olmuşdur.” Hələ yaxşı ki, polis rəisi “XİDMƏTİ VƏZİFƏSİNİ HƏYATA KEÇİRƏN LAÇINLI POLİS ZABİTİ”R Kazımova Milli Qəhrəman adı verilməsi üçün dövlət başçısına təqdimat verməyi yaddan çıxarmışdır. Daha doğrusu ehtiyat etmişdir. Lakçın bud a faktdır ki, mərhum polis zabiti R.Kazımovun xidmət zamanı qəhrəmanlıqla həlak olması barədə təqdim edilən arayışa görə dövlət büdcəsindən mərhumun ailəsinə xüsusi təqaüd ayrılmışdır. Bu da yolverilməzdir. Xatırladaq ki, Oğuz rayon polis Şöbəsinın Cinayət Axtarış Bölməsinin mərhum zabiti Oğuz rayonunda fəaliyyət göstərdiyi qısa zaman ərzində özünə geniş villa inşa etdirmişdir. Ki, təkcə darvazasının qiyməti 4300 manata başa gəlmişdir.
Bəli, cənab Vüqar Əliyev həqiqətən 2020-ci ilin oktyabrın 2-dək yerli sakinlərin qəlbində bir sədaqətli “polis komissarı” kimi böyük rəğbətə malik idi. Yaxşı ki, Daxili İşlər Nazirliyi rəhbərliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbəsi Oğuz polislərinin dədə-baba torpaqlarının azadlığı uğrunda şəhid olmuş Xaçmaz kəndindən olan XTQ şəhidinin yas mərasiminə hörmətsizlik edən polislərin dağlarda qurduqları kef məclisindən xəbərsiz olublar. Xəbərləri olmuş olsaydı və faciəli şəkildə həlak olan Laçınlı polis zabitinin sərxoş vəziyyətdə dağın başında müvazinətini itirərək dərənin dibinə yıxılıb ölməsi aydın olsaydı, təbii ki, cənab nazir Vilayıət Eyvazov nəinki 2024-cü ilin fevralın 24-də verdiyi əmrlə polis polkovniki Vüqar Əliyevə yenidən yüksək etimad göstərib İsmayıllı rayonuna Polis rəisi göndərər, əksinə onu ən yaxşı halda sərəncama göndərib “kitabını” birdəfəlik bağlayardı.
Aktualinfo.org