Həddini aşan Suriya rejiminin təmsilçisinin çıxışına sərt təpki: “Türkiyəyə dərs verəcək halda deyilsiniz”
MT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı toplantısında çıxış edən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız Ankaranın suriyalı qaçqınlara münasibətini tənqid edən Suriya rejiminin təmsilçisinə sərt reaksiya verib.
Türk diplomat Suriya nümayəndəsinin sözlərinin rejimin reallıqdan uzaq olduğunu göstərdiyini deyib.
Suriya rejiminin Türkiyəyə dərs verəcək vəziyyətdə olmadığını vurğulayan Yıldız Ankaranın qaçqınlar və qonşularla münasibətlərdə, eləcə də Suriya da daxil olmaqla beynəlxalq məsələlərdə konstruktiv rolu ilə çox yüksək standartlar qoyduğunu vurğulayıb.
Türkiyə rəsmisi çıxışında Suriyadakı terror təşkilatlarının separatçı fəaliyyətlərinə də diqqət çəkib. Bu təşkilatların separatçı gündəminin ölkənin ərazi bütövlüyü və birliyi üçün ən böyük təhlükə olduğunu xatırladan Yıldız PKK/YPG/SDQ terror təşkilatının Suriyanın şimal-şərqində qondarma seçki cəhdinin cinayət olduğunu bildirib. Diplomat bunun separatçı gündəmin açıq göstəricisi və “seçki”nin ləğv edilməsinin vacib olduğunu qeyd edib.