Sənədsiz evlərə “kupça” verilməsinə başlandı: Kimlərə şamil olunacaq?

 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarışsız evlərlə bağlı hazırlanan portalın bu ilin sonuna qədər hazır olacağı bildirilir. İlkin mərhələdə bələdiyyə sənədi və digər sənədləri tam qaydasında olan evlərin çıxarışla təmin olunması gözlənilir.

Ekspertlərin fikrincə, hətta portal növbəti aydan etibarən fəaliyyətə başlaya bilər. Lakin vətəndaşların cavab tapmağa çalışdığı əsas suallardan biri də məhz bələdiyyə sənədinə malik olmayan evlərlə bağlıdır.

Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bir sıra ərazilər var ki, həmin yerlərdə tikilən evlərə çıxarış verilməyəcək:

“Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu portalın ilin sonuna qədər fəaliyyətə başlayacağı ilə bağlı məlumat verilmişdi. Portalda sırf müəyyənedici sənədləri düzgün olan evlərin çıxarışla təmini istiqamətində işlər görüləcək. Yəni bu o demək deyil ki, portala müraciət edən istənilən sənədsiz ev bağlı qeydiyyat aparılacaq. Sadəcə, o evlər qeydiyyata alınacaq ki, onun müəyyənedici sənədləri tam qaydasında olsun. Daha dəqiq desək, kommunikasiya xətlərinin, neft müqaviləsinə aid olan torpaqların üzərində tikilən evlər çıxarışdan kənarda qalacaq. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan evlər isə təyinatlarının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət etməlidir. Əgər bu istiqamətdə qərar verilərsə, o zaman həmin evlərə də çıxarış verilə bilər”.

Ekspert bildirib ki, hazırda sənədsiz evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri mövcuddur:

“Onsuz da, çıxarışı olmayan evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri çoxdur. Bu bələdiyyələrin həmin evlərə qanunsuz şəkildə müvafiq arayış, sərəncam və texniki pasport verməsi ilə bağlıdır. Bunun əsasında həmin sənədsiz evlər tikilib. 2007-ci ilə qədər bələdiyyələr tərəfindən verilən sənədlər əgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın ayrılmasına dair rəy də varsa, o zaman həmin torpaq sahələrinə çıxarışlar verilir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaq satışlarını yalnız hərrac vasitəsi ilə həyata keçirməli idilər. Müvafiq olaraq, vətəndaşlara çıxarışla torpaq sahələri satılmalıydı. Çox təəssüflər olsun ki, bələdiyyələrin bir çoxu bu şərtlərə əməl etmədi və onların mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara qanunsuz yolla satılması həyata keçirildi. Bu məsələlər hamısı portala müraciət zamanı mütləq şəkildə nəzərə alacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password