Bölgədə vəziyyət kəskinləşir – “Azərbaycan şimal sərhədləri boyu…”

 

Azərbaycan şimal sərhədləri boyu əlavə hərbi qüvvə yerləşdirməlidir.

Bunu politoloq Ərəstun Oruclu deyib.

“Rusiya xüsusi xidmət orqanlarına yaxın Teleqram kanallarda FSB daxilində quruma rəhbərlik uğrunda kəskin mübarizə getdiyi barədə anonslar verilirdi. Ardınca FSB-nin 5-ci xidmətinin (Rusiya daxilində və MDB ölkələrində məlumatlar toplayan əsas qurum) rəisi Sergey Beseda vəzifəsindən azad edildi. Bundan sonra isə FSB direktorunun istefaya göndəriləcəyi və bu post uğrunda daxildə gedən mübarizənin daha da kəskinləşəcəyi barədə məlumatlar sızdırılmağa başladı. FSB-nin Rusiya siyasətində ən mühüm qurum olduğunu nəzərə alsaq, o zaman mübarizənin daha amansız metodlarla davam edəcəyini deyə bilərik.

Xəfiyyələrin idarə etdiyi dövlət siyasətlə deyil, əməliyyatlarla idarə olunur. KQB varislərinin əməliyyat təcrübəsi və arsenalı isə kifayət qədər zəngindir”, – ekspert bildirib.

Gecə saatlarında Şimalı Qafqazda baş verən silahlı qarşıdurma ilə bağlı Ərəstun Oruclu söyləyib: “Deyəsən, Şimali Qafqaz adlı bombanın saat mexanizmi işə salınıb. İndi Azərbaycan şimal sərhədləri boyu əlavə hərbi qüvvə yerləşdirməlidir”.

Politoloq bölgədə baş verənlərin FSB və ya bu quruma rəhbərlik uğrunda gedən mübarizənin doğurduğu gəlişmə olduğunu istisna etmir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password