Paşinyan “Böyük Ermənistan”dan danışdı – “Ərazimiz bu qədərdir”

 

Ermənistanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Dünyada Ermənistanın bir dövlət kimi mövcud olmasını istəməyən qüvvələr var. Buna reaksiyamız necə olmalıdır, daş-dəyənək götürək gedib deməliyik ki, niyə istəmirsiniz? Başqa variant da var: ağıllı olmaq, buranın bizim ölkəmiz olduğunu və ölkəmizdən 1 millimetrdən əl çəkməyəcəyimizi söyləmək. Biz başqasının bir millimetrinə iddia etmirik və heç kimin də ərazilərimizə iddia irəli sürməsinə imkan vermirik. Bu hekayədə səhv olan nədir?

“Ermənistan elə deyil, belədir (böyük)” deyənlər var, bəli, zamanında biz də demişik, istisnasız olaraq hamımız eyni düşüncədə olmuşuq, amma tariximiz də var, yeri gəlmişkən, tarix təkcə 100 il əvvəlki deyil, 2 il, 50 il əvvəl də tarixdir. Öyrənməliyik, bu gün ərazisi 29.7 min kvadrat kilometr olan bu ölkəyə diqqət yetirməliyik”, – baş nazir bildirib.

Paşinyan əlavə edib ki, Ermənistanın 29.7 min kvadrat kilometrdən daha böyük əraziyə iddialı olduğuna inanan xarici və daxili qüvvələr Ermənistanı itkilərə doğru sürükləyirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password