İki qardaş xalqın müharibəsi: “ABŞ üçün ölməyə dəyməz”

 

Ruslar və Ukraynalıları bir-birlərinə düşmən edənlərin məqsədi Ukraynanın zəngin mədənlərinə yiyələnməkdir.

Bunu türkiyəli analitik İbrahim Günəş deyib.

“Bir tərəfdə ruslar ölür, digər yanda qardaşları ukraynalılar. Qardaşı qardaşa qarşa düşmən elədilər, aralarında bitməyəcək nifaq saldılar. Bəs nə üçün? Amerikalı senator Lindsi Qrem hər şeyi açıb-tökdü, eynən belə söylədi: “Ukrayna 10-12 trilyon dollar dəyərində kritik minerallar üzərində oturub, onları Putin və Çinə vermək olmaz”.

Demək, söhbət yalnız Ukraynanın qiymətli mədənlərindən, Rusiyanın zəiflədilməsindən, “NATO beyin ölümü keçirdi” kimi bəyanatlar verən Avropanı nizama gətirməkdən gedir”, – ekspert bildirib.

Günəşin sözlərinə görə, ABŞ-nin bu taktikası yeni deyil, Vaşinqton heç vaxt qiymətli mədənlərin olduğu ölkələrə əsgərlərini göndərməkdən çəkinməyib. Məsələn, İraq, Əfqanıstan, Suriya və digər Yaxın Şərq ölkələri.

“ABŞ üçün ölməyə dəyməz”, – ekspert əlavə edib.

Analitik iddia edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu planlar üçün xüsusi olaraq seçilib:

“Aktyor Zelenskini seçənlər, Sorosun maliyyələşdirdiyi saxta inqilabların arxasınca qaçıb “AB və NATO üzvü olacağıq” deyərək Ukraynanı uçuruma sürükləyənlər G7 sammitində pul dilənməyə başlayıblar.

Demək istədiyim odur ki, ABŞ-nin Rusiya və Çini zəiflətmək siyasəti ucbatından iki qardaş xalq – ruslar və ukraynalılar getdikcə yoxsullaşır, ölürlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password