Rəsmi İrəvan Belarusa nota verdi
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarusa etiraz notası göndərib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, buna səbəb Belarus XİN-in mətbuat katibinin səsləndirdiyi fikirlərdir: “Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin iyunun 13-də verdiyi şərhlə, xüsusən Ermənistanın daxili işlərinə müdaxilə ilə əlaqədar qarşı tərəfə etiraz notası göndərilib”.