Ukrayna Ali Radasının komitə sədri: Azərbaycanın ordu quruculuğu təcrübəsi əsl nümunədir

 

Silahlı Qüvvələrin yaradılmasında köhnə sovet standartlarından, yanaşmalarından, göstərişlərindən uzaqlaşmaq, döyüş potensialının, suverenliyinin qorunması imkanlarının gücləndirilməsinə kömək edir. Azərbaycan bunu praktik olaraq ilk dəfə nümayiş etdirdi.

Bunu Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski bildirib.

“NATO standartlarına keçid, döyüş meydanındakı vəziyyətin qiymətləndirilməsinə və sair əsaslanaraq qərar verə biləcək zabitlərin daha böyük təşəbbüsündən istifadə etmək Silahlı Qüvvələrin həm taktiki, həm də əməliyyat, strateji imkanlarını əhəmiyyətli dərəcədə artırır. Ona görə də hesab edirəm ki, biz NATO standartlarına keçidi tamamilə başa vuran kimi Ukrayna, Azərbaycan Silahlı Qüvvələri kimi öz potensiallarını xeyli artırdıqlarını nümayiş etdirəcək”, – komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, qonşular, tərəfdaş dövlətlərin nümunələri onlar üçün çox vacibdir. “Ərazisinin başqa ölkə tərəfindən müvəqqəti işğal olunmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrini yeni keyfiyyət səviyyəsinə yüksəltməyə, işğal altında olmuş ərazilərini azad etməyə müvəffəq olub. Bu nümunə bizim üçün çox müsbətdir”, – Ali Radanın komitə sədri vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password