“Məhv olacaqlar, qələbəyə hazırlaşın” – Arutyunyan
Bütün ermənilərin katalikosu II Qareginin xeyir-dua verdiyi revanşist hərəkat məhv məhkumdur.
Bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib.
Aparat rəhbəri hərəkat lideri Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın İrəvandakı son təxribatlarına diqqət çəkib:
“Bunda qəribə heç nə yoxdur. Əsl Ermənistan keçmişdən gələn böyük müqavimətlə qurulur. Katolikosun xeyir-dua verdiyi hərəkat ictimaiyyətin dəstəyini qazanmadığı üçün narahat olmağa dəyməz, məhvə məhkumdurlar. Biz müstəqil, suveren və real Ermənistanın qələbəsini sakitcə qeyd etməliyik”.