“KTMT-dən çıxmaq növbəti addımımız olacaq” – Ermənistanın baş naziri
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bununla bağlı bir ay, bir il və ya üç ildən sonra qərar verəcəyik”, – o deyib.