Demokratiyadan danışan təşkilatlar Ermənistanda polis zorakılığına susur

 

Ermənistanda vətəndaşların aksiyalarına qarşı şiddət və güc tətbiq olunur. Polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir. Lakin əfsuslar olsun ki, başqa vaxt demokratiyadan danışan beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, son günlər Ermənistanda etiraz aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılır.

“Özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini susqunluqla müşahidə edir, heç bir bəyanat, etiraz bildirmir.

Ermənistanda etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, heç zaman bu məsələlər nə müzakirəyə çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar”, – deyə deputat bildirib.

Deputat qeyd edib ki, bütün baş verən proseslər onu göstərir ki, Qərb institutları öz fəaliyyətlərini ikili standartlar üzərində qururlar.

“Başqa ölkələrdə, o cümlədən, Azərbaycanda hər hansı bir xırda nüans ifrat dərəcədə şişirdilərək təzyiq vasitəsi kimi istifadə olunur. Görünən odur ki, Qərb institutlarını, beynəlxalq təşkilatları maraqlandıran əslində insan hüquqları, demokratiya deyil, öz çirkin maraqlarıdır. İnsan hüquqları və demokratiya onlar üçün sadəcə olaraq pərdələnmək üçün bir vasitədir”, – deyə o əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password