Azərbaycana qarşı təxribata sərt reaksiya: “Cavabımız dağıdıcı olacaq”

 

Ermənistan ordusu təxribatçılardan təmizlənməyənə qədər sülhə təhlükə aradan qalxmayacaq.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandan Azərbaycana yönəlik son hərbi təxribatlara diqqət çəkib:

“Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılmasının mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalmasını necə başa düşmək lazımdır? Bu, Azərbaycanla yanaşı, Paşinyanın özünə qarşı da təxribatdır. Fevralın əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. Biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Paşinyan da etiraf etmişdi.

Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda “5-ci kolon”un varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə, bu, Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalanandan sonra da, Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açmayacaqlarından sığortalanmamışıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password