Azərbaycanla Türkiyə arasında intensiv müzakirələr – “Belə vəziyyətdə Şuşa Bəyannaməsi işə düşür…”

 

“Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşdən əlavə bu gün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, üstəgəl, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb”, – o əlavə edib.

Ekspert bildirib ki, bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. “Belə vəziyyətdə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var”, – E.Şahinoğlu vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password