ABŞ və Türkiyə arasında anlaşma: Zəngəzurla bağlı plan belədir

 

ABŞ gələcəkdə Ermənistandan keçəcək nəqliyyat dəhlizlərinin Rusiyanın nəzarətində olmasını istəmir.

Bunu erməni politoloq Şahan Qantaharyan deyib.

Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında sülh müqaviləsinə dair artan müzakirələri şərh edən ekspert bildirib:

“ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində məqsədi bölgədə Rusiya faktorunun sıxışdırılması, 10 noyabr bəyanatının 9-cu bəndinin dayandırılması, sərhədin delimitasiyasının ikitərəfli formatda (Bakı-İrəvan) aparılması, Rusiya sərhədçilərinin Ermənistan sərhədlərindən çıxarılması və sairdir.

Ankara Moskvanın da iştirak etdiyi 3+3 formatını irəli sürsə də, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində regional vasitəçi və ya qarant rolunu öz üzərinə götürəcək. Düşünürəm ki, bu baxımdan ABŞ və Türkiyə arasında ən mühüm fərq Rusiya faktoru ilə bağlıdır. Əslində 3+3 işləmir”.

Qantaharyanın fikrincə, ABŞ Türkiyənin Cənubi Qafqazda regional güc olduğunu qəbul etsə də, Rusiyaya yanaşmada tərəflər arasında müəyyən fikir ayrılıqları var.

10 noyabr bəyanatının 9-cu bəndinə gəlincə, bu, regional kommunikasiyalar və ya nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır. Həmin bəndə görə, gələcəkdə Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizlərinə Rusiya sərhədçiləri nəzarət etməlidir. ABŞ bununla razılaşmır. Söhbət Zəngəzur dəhlizindən gedir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password