Vətən Müharibəsi qazisinin xəstə övladı nədən zəhərləndi? – Ali Baş Komandana müraciət

 

Qax rayonun Tanqıt kəndində yaşayan 2-ci Qarabağ  Müharibəsi qazisi, 3-cü qrup müharibə əlil Əsgərov İsrayıl Abdulla  oğlu tərəfindən “ Nərimanov rayonundakı “Araz Exspress maqazinindən aldığım çiflənmiş kolbasadan zəhərlənən ciddi xəstə olan 8 yaşlı övladımın ölümdən qayıtmasilə ” bağlı cənab Ali Baş Komandana, Respublikanın aidiyyatı üzrə  direktiv orqanı rəhbərlərinə və bir nüsxəsi də İfadetv.com-un redaksiyasına göndərdiyi şikayət ərizəsi ictimai xarakterli olduğuna görə onu dəyərli oxucuarımızın diqətinə çatdırırıq:


Qazi İsrayıl Əsgərov
                                      
Cənab Prezident, möhtərəm Ali Baş Komandan!
Xatırlatmaq istəyirəm ki, Mən neçə il idi ki, MAXE kimi hərbi hissədə çalışırdım. 2-ci Qarabağ Müharibəsi zamanı ağır yaralanmışam.
Hazırda Mən ailə başçısı olaraq evə yalnız pensiya gətirən adamam. Həyat yoldaşım xəstəliyi ucbatından işləyə bilmir. Cəmi 2 azyaşlı övladım var. Ailəmin bir az normal dolanması üçün mən özüm hələlik sağalamlığımla bağlı işləyə bilmirəm.
Əvvəlcə xatırladım ki, mənim böyük oğlum Renad  8-ci yaşa qədəm qoyub və  2 yaşından məlum olub ki, uşaq epilepsiya və atipik autism xəstəliyindən əziyyət çəkir.
Yəni, övladım indi, 8-ci yaşında  müalicə olunmasa birdəfəlik  əlil olmaq ərəfəsindədir.  Dəfələrlə uzun müddətli müalicələr etsək də effekt vermədiyinə görə onu tez tez Bakıya  Psixologiya Mərkəzlərə  gətirirəm. Həkimlər bildirdilər ki, 8 yaşı tamam olana qədər uşağı təcili bizim Narınc Psixoloji Mərkəzdə müalicəyə götürmək lazımdır. Və müalicə 1 il davam etməlidir. Həyat yoldaşımın belə xəstə uşaq olan yerdə işləməsi isə mümkünsüzdür.  Müharibə əlilliyim isə 1 aydan sonra Ali Məhkəmə tərəfindən təsdiq edilməsi və ondan sonra təqaüd alacağım gözlənilir.  Ona görə imkansızlıqdan, bir vətəndaş, bir müharibə qazisi kimi  oğlumun həyatada qalması üçün çalışıram. Budur, növbəti müayinə üçün 30 may 2024-cü ildə oğlum Renadı Bakıya, Nərimanov rayonunda yerləşən 2 saylı psixi sağlamlıq Mərkəzinə gətirmişdim. Uşaq ac idi. Elə həmin gün saat 10-20-də yaxınlıqdakı “Araz-Express” ərzaq maqazininə daxil olub 2 manatlıq kolbasa aldım. Satıcı qız bir hissəsi kəsilərək vitrinə qoyulmuş və kiflənmiş kolbasadan bir az kəsib bizə Verdi. Yaxınlıqda oturub qaynımla birlikdə yediyi zaman Renadın qızdırması qqalxdı, bədəni titrəməyə başladı və uşağın halı pisləşdi. Və Nevroloq həkimə zəng edib vəziyyəti bildirdim. Dedi ki, mənim yanıma yox təcili uşağı Respublikanski xəstəxanaya apar ki, müalicə etsinlər. Taksi tutub xəstəxanaya gətirdik. Həkimlər müdaxilə etdilər qızdırmanı saldılar. Sonra uşağı Qarayaev adına xəstəxanaya çatdırmağımı bildirdilər. Oraya apardıqdan sonra bir neçə system qoşuldu. Axşam uşağı xüsusi avtomobil tutub təcili rayona aparmalı oldum. Bu gün iyunun 4-də Bakıya qayıdıb həmin maqazinə gəldim. Satıcı cavan oğlan əvvəl mənim maqazinə daxil olmağımı inkar etdi. Sonra mən DİN-nin 102 Xidmətinə zəng edəndə qeyd etdi ki, narahat olma gəl birlikdə müşahidə kamerasına baxış keçirək. Baxdıq. Hər şey aydın oldu. Mən tələb etdim ki, tez tez sudurğa keçirən, nervoloji və autism xəstəliyindən əziyyət çəkən oğlum sizing kiflənmiş kolbasanı yeyib həyatını itirməkdən qurtardı. Axı siz məni külli-miqdarda maddi ziyana saldınız. Uşağı məcburi müalicə etdim, Nevroloq həkim qəbuluna düşmək əvəzinə rayona qayıtmağa məcbur oldum. Xahiş edirəm dəymiş ziyanı ödəyəsiniz. Oğlan cavab Verdi ki, bizi sizə 1 manat da olsa pul verə bilmərik. Qazi olduğuna görə yalnız bu kolbasadan bir az verə bilərik .Vəssalam. Mən əsəbiləşdim və “Araz exspressin əməkdaşına bildirdim ki, əvvəl xəstə oğlumu indi də məni zəhərləyib öldürmək istəyirsiniz satdığınız zəhərli kolbasa ilə? O cavab vermədi. maqazini tərk etdim.
Cənab Ali Baş Komandan mən bu gün şahidi oldum ki, ticarətçilər necə də deqradasiya olunublar Belələri bizlərə təklif etdikləri zəhərli qidalarla canımıza qəsd edirlər. Hesab edirəm ki, belə özbaşnalığa son qoymaq lazımdır. Mən Sizin kamandanlığınız və əmrinizlə 44 günlük Vətən müharibəsində  axıradaək döyüşdüm və ağır yaralanara sağlamlığımı itirdim. İndi də bu satıcı əvvəl mənim xəstə oğlum Renadı zəhərləyir, indi də həyasızcasına yenə də zəhərli kolbasasını mənə təklif edir. Bu adamların ermənilərdən heç bir fərqi yoxdur. Çünki ermənilər də döyüş meydanında bizi öldürmək istəyirdi. Bu adam da eyni qayda ilə yanaşır. Ona görə də Sizdən çox xahiş edirəm Bakının Nərimanov rayonunda insanlara zəhərli kolbasa satan “Araz exspress” maqazinin fəaliyyətinin ciddi yoxlanmasına və mənə vurduqları maddi ziyanın ödənilməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Sağ olun. /İfadetv.com

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password