Baş Dövlət Yol Polisi “HYUNDAİ Auto Azərbaycan”la əlbir olub vətəndaşı belə soyurlar

 

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küç., ev 9 A, mən., 80.-da yaşayan  Niftalı Habil Abid oğlu tərəfindən  Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevaya və mətbuat orqanlarına DYP tərəfindən ona məxsus avtomobilin “Hyundai auto” MMC rəhbərliyin göstərişilə cərimə meydançasında saxlanılması və 500 manat istənilməsi kimi qanunsuz hərəkətlərdən müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:

  Çoxhörmətli cənab Prezident İlham Əliyev! 

Sizin hüquq-mühafizə orqanlarında apardığınız  islahatlarla bağlı  qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün  göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki,Mən şəxsi Hundai İ 30 markalı, 77 PU 470 nömrəli avtomobilimi 10 gün əvvəl guya  yol hərəkəti qaydalarını pozduğuma görə absurd cərimə yazılaraq cərimə meydançasına aparılmışdır. Hadisə Bakı şəhərin Niyazi küçəsində baş vermişdir. Yolda piyada dayanan DYP əməkdaşı məni rayondan qayıtdığım avtomobildən küçənin ortasında düşürərək qeyd etmişdir ki, siz 3 aydır ki,  “Hyundai auto Azərbaycan” MMC-dən lizinq yolu ilə əldə etdiyiniz 77 PU 470 dövlət nömrə nişanlı avtomobiliniz duracağa aparılmalıdır. Bu əmrdir. Niyə ki, sən 3-cü aydır ki, lizinq pulunu MMC-yə ödəməmisən.

 Mən fiziki şəxsəm.  Əgər doğrudanda belə qanun DYP-nın əsasnaməsində və ya Milli Məclisin qəbul etdiyi hansısa qanunda mövcuddursa zəhmət çəkib təqdim etsinlər. Edə bilmirlərsə, yaşadığım evə əvvəlcə rəsmi buildiriş göndərsinlər ki, ya lizinq pulunu keçirməlisən, ya da avtomobilin əlindən alınacaqdır.

Budyur 10 günə yaxındır ki, heç bir əsas olamadan avtomobili idarə etməkdən məhrum olmuşam və əmlaka sərəncam vermək hüququqm əlimdən alınıb. İndi lizinq pulunu da ödəmişəm MMC-yə. Qalıb DYP-ya 500 manat sənədsiz-qəbzsiz pul ödəməliyəm ki, avtomobilimi mənə qaytarsınlar. Bu hadisə artıq ikinci dəfədir ki, başıma gətirilir.  Keçən ili də ödənişi 2 ay gecikdirdiyimə görə DYP –ya 500 manat verib avtomobilimi cərimə meydançasından götürdüm. İndi isə mənim belə axmaq pulum qalmayıb ki, heç bir əsas olmadan, qanunvericilikdə əksi tapılmayan hoqqabazlığa görə 500 manat yenə ödəyim. Bəli, bunun başqa yolu yoxdur ki, Bəs nə baş verir? Ona görə də DYP-nın bu oyunbazlığına görə mən fiziki şəxsin bu məsləyə görə heç bir təqsiri və məsuliyyəti ola bilməz.  Əgər MMC-yə vaxtında ödəniş etməmişəmsə bunun səbəbi barədə vaxtında “HYUNDAİ Auto Azərbaycan” MMC-nin problemli kreditlər şöbəsini zəng edib məlumatlandırmışam. Bu bizim aramızda olan problemdir ki, onu da biz hazırda yenə həll etmişik. Yenə onu başa düşə bilmirəm ki, lizinq pulunu gecikdirdiyimə görə AZƏRBAYCAN  DYP-ya niyə növbəti dəfə də 500 manat ödəməliyəm?

Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Tərtib etdikləri saxta  sübutedici sənədlər əsasında  kefləri istəyən sürücünün avtomobilini  belə bəhanələrlə  cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb. Mən iş adamıyam və hüququmu əsassız iolaraq məhdudlaşdırılmasından şikayətçiyəm.

Xatırladım ki, mən bir ictimai fəal kimi ölkədə həmişə keçirilən Prezident seçkilərində MSK-tərəfindən respublika üzrə müşahidəçi kimi qeydiyyata alınmışam. Və buna görə şəxsi avtomobilimlə xidməti işimi davam etdirirəm.  

Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, DYP sistemində mənə qarşı baş vermiş qanunpozuntu hallarının qarşısının dərhal alınması və törədilən  korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi üçün şəxsi nəzarətiniz altında BDYPİ-də  araşdırlmasına göstəriş verəsiniz ki, mənim 77 PU 470 nömrəli avtomobilimin dərhal qaytarılsın. Və məsələni şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

XÜSUSİ QEYD:  

  Bir də 2023-cü ilin iyunun birində haqsız olaraq lizinq borcunu ödəməyə gedərkən 409 ay patrul tərəfindən saxlanilaraq zorakılıqla maşın heç bir əsas olmadan dayanacağa yerləşdirilib. Lizinq şirkəti haqssiz olaraq məndən beş yüz AZN pul alıb guya dyp bizə göstərdiyi bu xidmətənə görə onlara götürmüşük.

 Götürəcəyik və haqsız olaraq məndən lizinq şirkəti beş yüz AZN tutub bu barədə 102  qaynar xəttinə müraciətim də var.

Habil Niftali sürcü ves 11.jpeg

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password