Yevlax sakini rayon Məhkəməsinin hakim Kamil Əliyevin ədalətsiz qətnaməsindən Fərid Əhmədova müraciət etdi
Yevlax rayonu, Xanabad qəsəbə sakini Xanməmmədov Eldar Laçın oğlu tərəfindən Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Konstitusiya məhkəməsinin sədri F.Abdullayevə, Məhkəmə Hüquq Şurası Aparatı rəhbərinə, Ali Məhkəmənin sədri İnam Kərimova, Şəki Apellyasiya Məhkəməsi sədrinə, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova ona qarşı əmlak bölgüsü, zinət və cer-cehiz əşyası tələbinə dair ədalətsiz məhkəmə qətnaməsindən şikayət məktubu ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan şikayətdə deyilir:
Mən, cabdeh Eldar Laçın oğlu keçmiş həyat yoldaşım olan Səmədzadə Vəfa tərəfindən artıq müxtəlif bəhanələrlə 3-cü dəfə məhkəmə çəkişməsinə əsassız olaraq, uydurma və əvvəlcədən planlaşdırılmış oyubazlıqla cəlb edilmişəm. Belə ki, bu adamla rəsmi nikahımız 2022-ci ildə ləğv edildikdən sonra mənim hazırda yaşadığım ata yurdu olan 2 otqalı evimin bölünməsinə qarşı əvvəlcə əsassız iddia qaldırmış və hakim tərəfindən ağına bozuna baxmadan, heç bir məhkəmə araşdırması aparmadan Iddiasını vəkil Məmmədov Fərhadın arzu və istəyinə uyğun olaraq gizli sövdələşmə ilə təmin etmişdir.
Doğrudur, hələ Yevlax Məhkəməsində mən hakimi o vaxt başa sala bilmədim ki, mübahisələndirlən mülkün sahibi mən deyiləm. Mənim valideynlərimdir. Və məndən başqa ailənin 5 nəfər bacı qardaşdan ibarət üzvləri vardır. Mənim bu iki otaqlı evdən payım 5 dən 1-dir. Hakim heç bir əhəmiyyət vermədən vəkilin sifarişilə əsassız olaraq evi keçmiş arvadımla 70 %/30 % nisbət olmaqla böldü. Hüquqi cəhətdən mənə məxsus olmayan evin yarıdan çoxunu keçmiş arvadıma vermək barədə əsassız qətnamə qəbul etməklə, hakim digər 4 nəfər bacı və qardaşlarımın mülkiyyət hüqularını bilərəkdən faktiki olaraq pozdu. Bu məhkəmə prosesi 2023- də başa çatan kimi yenə biz eyni tərəflər olaraq bu dəfə vəkil Fərhad Məmmədovun fitnə və göstərişi əsasında “Şərəf və ləyaqət” iddası qaldırıldı. Cari ilin aprel ayında qərəzli hakim Əliyev Kamil müşavirə otağından çıxıb yoldaşım Tünzalə baba qızının 300 manat cərimə olunması barədə qətnaməni Azərbaycan Respublikası adından elan etdi. Təxminən 1 ay sonra qətnaməni yazılı olaraq aldıqdan sonra gördük ki, hakim sonradan mən cavabdehin də əlavə olaraq 500 manat cərimələnməsini qətnaməyə yazmışdır. Halbuki elan edən zaman belə özbaşnalığa yol verməmişdir. Bu müstəqil Azərbaycan tarixində ilk hakim özbaşnalığıdır ki, məhkəmə zamanı audio və video çəkiliş olduğu yerdə sonradan qətnamə hazırlanarkən məni də cavabdeh kimi 500 manat cərimələsin.
Xatırladım ki, ikinci dəfə bizə qarşı qaldırılan və hakim Kamil Əliyev tərəfindən dərhal icraata götürülmüş “Şərəf və Ləyaqətin müdafiəsi və dəymiş ziyanın ödənilməsilə bağlı verdiyi iddiaya ETİRAZ yazıb yuxarı orqanlara göndərdik. Budur, vəkil də hakim də bundan çox narazı qalaraq bizi cəzalandıracağımızla bağlı 22 yanvardakı proses zamanı xəbərdarlıqlar etdilər. Vəkil də hədə-qorxusu ilə bizi təkrar belə şikayət yazmamağı mızıldanaraq tövsiyə etdi. Prosesi 22 fevrala təxirə saldılar.
Bu oyunbazlıqdan sonra 3-cü məhkəmə çəkişməsinə cəlb edildim. Fevralın 13-nə təyin olunmuş prosesdə yenə eyni iddiaçı bu dəfə mənə qarşı “Əmlak , zinət və cer-cehiz “ tələbilə iddia qaldırıb Və həmişəki kimi, bu dəfə də hakim Kamil icrata götürmüşdü.
İddaçının vəkili Məmmədov Fərhad nədənsə onun üçün dəridən qabıqdan çıxaraq bizim üzərimizə bu qədər əsassız məhkəmə iddiaları verməklə ( nədənsə təmənnasız olaraq) sanki iddiaçı ilə gizli sövdələşib ki, əldə edəcəkləri əmlakları və evi satıb razılaşacaqlar. Ona görə də iddiaçı xanım bizə 10 dəfə xəbərdarlıq edib vəkili Fərhadla hədə qorxu gəlib ki, sizi heç kim müdafiə etmir. Baxarsan vəkilm sizin şalvarınızı çıxaracaq, başınıza oyun açacaq. Mən də yanvarın 22-də vəkildən soruşdum ki, sən nə vaxtdan şalvar çıxaran olmusan? Bu nə vəddir iddiaçıya deyirsən?
Hələlik sonuncu əmlak davası ilə bağlı mənə qarşı iddiaçının tələbi bu olmuşdur ki, 2019-cu ildə kreditlə götürdüyüm VAZ 2123 markalı avtomobili 2021-ci ildə satıb pulunu mənisəmişəmmiş. İndi Şəki Apellyasiya Məhkəməsinə yazdığım şikayətdə bu barədə ətraflı qeydlər etmişəm. Mən bu gün də kredit ödəyirəm. Digər tərəfdən avtomobil bizim birgə nikah dövrü olan 2021-ci ildə satılmışdır. Biz isə 2022-ci ildə nikahımıza son verilmişdir. Azxı bu adam məndən niyə şişirdilmiş qiymətlə avtomobilin pulunu tələb edir? Qərəzli hakim Əliyev Kamil yenə öz ampulasında qalaraq vəkil Fərhadla gizli sövdələşməsi nəticəsində və ondan əvvəl yazdığım şikayətin motivi olaraq əsasız olaraq 11 mart 2024-cü il tarixli 2( 039)-212/2024 N-li qətnamə qəbul edərək məndən qisas almağa çalışır.
Ona görə də mən cənab Prezidentə və nazir Fərid Əhmədova və Vəkillər Kollegiyasının sədri Anar Bağırova da müraciət edirəm ki, Yevlax Məhkəməsində başımıza gətirilən süni oyunbazlığı və məhkəmə məzhəkələri ilə qəbul edilmiş 11 mart 2024-cü il tarixli əsassız qətnaməsinin Şəki Apellyasiya Məhkəməsində hazırda hakim Elçin Mehdiyevin icraatında baxılacaq prosesi şəxsi nəzarətləri altında saxlasınlar ki, Yevlax rayon Məhkəməsi hakimi Əliyev Kamilin vicdansızklıqla qəbul etdiyi 2(039)-212/2024 saylı məhkəmə qətnaməsindən 07 may 2024-cü il tarixdə verdiyim apellyasiya şikayətinə ədalətli baxıb qətnamə qəbul etsin. Başqa heçnə.
Cənab Prezident Mən inanıram ki, Əliyev Kamil kimi qatığa qara yazan ədalətsiz hakimin növbəti 5 il üçün hakim fəaliyyətinə son qoyacaqsınız ki, belə bir hakim özbaşnalıqları müasir ədliyyə sistemində bir daha təkrarlanmasın. Mənim kimi sadə insanlar ədalətin varlığına inansınlar.
Aktualinfo.org
P.S. Kamil Əliyev Çingiz oğlu haqqında məlumat əldə etmək istədik. Ədliyyə Nazirliyinin e-məhkəmə portalında hakimlərin böyük əksəriyyətinin fotoları və tərcümeyi -halı yerləşdirilib. Lakin Kamil Əliyevin barəsində burada heç bir informasiya yoxdu.