Əməkhaqqı ilə bağlı son qərar: Kəskin artımın olması… – İqtisadçı açıqladı

 

Büdcə dürüstləşməsi zamanı orta aylıq əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır. Sözsüz ki, büdcə ilə bağlı korreksiyalar olarsa, o zaman sosial xərclərin artmasını gözləmək mümkündür. Çünki ölkəmizin büdcəsində sosial xərclərin payı kəskin şəkildə artmaqdadır.

Bunu iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O qeyd edib ki, büdcə dəyişiklikləri olarsa, əməkhaqqlarının və sosial müavinətlərin artımında müsbət dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkün olacaq:

“Nəzərə almaq lazımdır ki, ölkədə bir sıra iri investisiya layihələri ica edilir. O cümlədən işğaldan azad olunmuş ərazilərlə bağlı invenstisiya layihələrinin maliyyələşməsi gündəlikdədir”.

İqtisadçı hesab edir ki, burada da əsas yük dövlət kapital qoyuluşlarına aiddir:

“Ona görə də, bu istiqamətlərin nəzərə alınması vacibdir. İnvestisiya proqramlarının reallaşdırılmasına ayrılan maliyyə vəsaitlərinin çoxalmasını da böyük ehtimalla proqnozlaşdırmaq olar”.

Elşad Məmmədova görə, bu amil də öz növbəsində iqtisadiyyata təkanverici təsirlər göstərməlidir:

“Çünki investisiya layihələrinin artımı son nəticədə iqtisadi artıma müsbət təsir göstərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password