“Bu, ölümcül nəticələrə səbəb olacaq” – Nazir müavini NATO ölkələrini hədələdi

 

“Amerika silahlarından Kiyevə Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə vermək ölümcül nəticələrə səbəb ola bilər”.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Mən Amerika liderlərini ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalara qarşı xəbərdar etmək istərdim. Onlar naməlum səbəblərə görə alacaqları cavabın ciddiliyini lazımınca qiymətləndirmirlər”, – Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya ərazisindəki hədəflərə hücumlara cavab “asimmetrik” ola bilər, Vaşinqton bunun nəticələrini hiss edəcək.

Bundan əlavə, Ryabkov ABŞ-ı Rusiyadan gələn xəbərdarlıqları, xüsusən də Prezident Putinin dediklərini mümkün qədər ciddi qəbul etməyə çağırıb.

Rusiya Prezidenti bu yaxınlarda bir sıra Avropa ölkələrinin Rusiyaya zərbə endirmək çağırışlarını şərh edərkən deyib ki, “NATO ölkələrinin, xüsusilə Avropadakı kiçik dövlətlərin nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər”.

Bununla yanaşı Moskvadan asta səslə nüvə zərbəsi təhdidləri də eşidilir.

Qeyd edək ki, mayın sonunda ABŞ Prezidenti Co Baydenin administrasiyası gizli şəkildə Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib. Bir gün əvvəl Bundesver öz ərazisi üzərindən Ukraynaya qarşı idarə olunan bombaları atan Rusiya təyyarələrinə qarşı Amerikanın “Patriot” zenit-raket komplekslərinin istifadəsinə icazə verib. Almaniya da Ukraynaya öz silahları ilə Rusiyadakı hədəflərə zərbə endirməsinə icazə verib.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Qərb ölkələri Kiyevə “Patriot”-lardan istifadə etmək icazəsi verməklə eskalasiya yolunu tutmuş olurlar.

“Buna görə də eskalasiya ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcək”, – Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password