İranda ilk dəfə olaraq qadın ölkənin prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

 

Zöhrə İlahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edən və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.

Onun iştirakını İran İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün İslami açıqlayıb.

“Xanım Zöhrə İlahian seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib”, – İslami telekanala bildirib.

Eyni zamanda, mayın 31-də o qeyd edib ki, üç iranlı qadın “lazımi şərtlərə cavab vermədikləri üçün” onlara qeydiyyatdan imtina edilib.

“İslam İranı üzərində ümid günəşi doğacaq, mən öz ölkəmin qadın icmasının nümayəndəsi kimi prezident seçkilərində iştirak etmək üçün sənədləri seçki qərargahına təqdim edəcəyəm”, – İlahian sosial şəbəkədə yazıb.

Qeyd edək ki, üç günün yekununda prezident seçkilərində iştirak etmək üçün sənəd verənlərin sayı 17 nəfərə çatıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password