Almatıda TDT Prezidentlərinin Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısı keçirilib
Almatıda Türk Dövlətləri Təşkilatı Prezidentlərinin Diplomatik Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısı keçirilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Biz təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik və qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi, habelə Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafını müzakirə etdik.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dünyası bizim ailəmizdir!”, – Hikmət Hacıyev “X” (keçmiş “Twitter”) sosialı şəbəkəsində yazıb.