Ukrayna üçün qələbə formulu: “Bunu etmədikcə, uda bilməyəcək”

 

ABŞ Ukraynaya hərbi dəstəyin artırılmasının Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyindən narahatdır.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Adam Kinzinqer və Avropadakı Amerika qüvvələrinin keçmiş komandanı Ben Hocesin birgə məqaləsində deyilir.

Müəlliflər yazırlar ki, Ukrayna Qərb tərəfdaşlarından silah istədikcə Rusiya eskalasiya, NATO-ya hücum və ya nüvə silahından istifadə ilə hədələyir:

“Hər dəfə də bunun blef olduğu üzə çıxır, Ukrayna öz ərazisini daha yaxşı müdafiə edə bilərdi. Əlbəttə, Rusiya təhdidləri qeyri-ciddi qəbil edilməli deyil, amma tarix bizə bu təhdidlərin çox vaxt boş olduğunu göstərir. “Soyuq müharibə” dövründə nüvə təhlükələri qeyri-adi deyildi, amma bu, ABŞ-nin xarici siyasət maraqlarını irəli sürməsinə mane olmamışdı”.

Hoces və Kinzinqerin fikrincə, Rusiyanın nüvə silahından istifadə etməsi fikri real narahatlıq doğurmur: “Biz təzyiqi yavaş-yavaş artırdığımız kimi, Rusiya da ağrıya dözümlülüyünü yavaş-yavaş artıra və istənilən an reaksiya verməyi seçə bilər”.

Müəlliflər qeyd edirlər ki, Ukrayna ilk növbədə öz həyatı, həm də Qərb və İkinci Dünya Müharibəsindən sonrakı nizam üçün mübarizə aparırlar:

“Müharibə qanunlarının Ukraynaya özünü bu şəkildə müdafiə etmək hüququ verdiyinə baxmayaraq, Kiyev eskalasiya qorxusu səbəbindən qanuni hərbi hədəflərə hücum edə bilmir. Bayden administrasiyası, xüsusən də keçmiş prezident Donald Trampın Ukraynaya yardımı dayandırmaqla hədələmələrini nəzərə alsaq, Kiyevin hərəkətləri təqdirəlayiqdir. Amma eskalasiya qorxusu normal olsa da, bu, Ukraynanın qələbəsi ehtimalını azaldır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password