Türkiyədə səsdən sürətli ANKA-3 PUA-sı istehsal olunacaq – VİDEO

 

Türkiyədə qırıcı təyyarələrin müşayiəti üçün səsdən sürətli ANKA-3 PUA-sı ilə bağlı işlərə başlanıb.

TAI (Turkish Aerospace Industries) şirkəti bəyan edib ki, səsdən sürətli, 2 mühərrikli ANKA-3 PUA-sı istehsala hazırlıq mərhələsi başa çatmaqda olan KAAN qırıcısının müşayiəti üçün nəzərdə tutulub.

2028-ci ildə ilk 20 KAAN qırıcısı Türkiyə Hərbi-Hava Qüvvələrinə təhvil veriləcək.

ANKA-3 sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:

ANKA-1 və ANKA-2 ilə ümumi avionika memarlığı və Yerüstü İdarəetmə Stansiyası
Aşağı radara görünmə qabiliyyəti
Yüksək sürətli manevr
Yüksək faydalı yük qabiliyyəti
LoS/BLOS (Peyk İdarəetməsi)
Maksimum uçuş çəkisi: 6500 kq
Faydalı Yükgötürmə qabiliyyəti: 1200 kq
Xidmət hündürlüyü: 40kft
Dözümlülük: 10 saat @ 30kf
Kreyser Sürəti: 250kts/0.42M @ 30kf
Maksimum Sürət: 425kts/0.7M @ 30kf

Məqaləyə dair fotomateriallar:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password