Türkmənistana yeni uğurlar arzulayırıq – Seymur Fətəliyev

 

Türkmənistana yeni uğurlar və TÜRKSOY-a üzv olan bütün ölkələr və milli komissiyalarla daha səmərəli əməkdaşlıq arzulayırıq.

Bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının 10-cu iclası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev deyib.

“Bildiyiniz kimi, 2023-cü ildə Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Doqquzuncu görüş orada, onuncusu isə Aşqabadda baş tutub. Sabah 2024-cü il üçün mədəniyyət paytaxtı elan edilmiş gözəl Anau şəhərinə səfər edəcəyik. Türkmənistan tərəfinə qonaqpərvərliyə və tədbirin təşkilinə görə dərin minnətdarlığımızı bildiririk”, – deyə S.Fətəliyev bildirib.

Qeyd edək ki, “Ərçəbil” otelinin konfrans zalında “Anau – Türk dünyasının mədəniyyət paytaxtı – 2024” ili çərçivəsində sərgidə, həmçinin dekorativ-tətbiqi sənət nümunələri, ənənəvi xalq sənətkarlığı, məşhur türkmən xalçaları, milli geyim və zərgərlik məmulatları, musiqi alətləri nümayiş etdirilib.

Görüşün əsas məqsədi türkdilli ölkələrin tarixi, mədəni, təbiət və yazılı abidələrinin mühafizəsi sahəsində UNESCO və TÜRKSOY arasında birgə əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, habelə milli irs dəyərlərinin beynəlxalq siyahılara daxil edilməsini təmin etmək üçün səylərin qarşılıqlı surətdə birləşdirilməsidir.

Türkmənistanda zəngin milli tarixi-mədəni irsin hərtərəfli öyrənilməsi və təbliği istiqamətində aparılan böyük işlərə xüsusi diqqət yetirilib, bunun daha bir təsdiqi Anau şəhərinin 2024-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi faktı olub.

Sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının 10-cu iclasının qərarlarını əks etdirən Yekun Sənəd qəbul edilib və bundan sonra da çoxtərəfli əməkdaşlığa hazır olduqları bildirilib./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password