Əli Məsimli: “İqtisadi artıma dair proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır”

 

Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır.

Bu təkliflə deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq”, – deyə o qeyd edib.

Deputat həmçinin deyib ki, büdcə xərclərindəki artım ən vacib məsələlər üzə – Qarabağın bərpası, ölkənin müdafiə qabiliyyətinin artılması, infrastruktur layihələrinin icrası üzrə nəzərdə tutulub.

“Sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var: “Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Həm bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökumətinin strateji hədəfə görə minimum maaşın orta maaşa nisbəti 60 %-ə çatdırılmalıdır. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır”, – deyə Ə.Məsimli əlavə edib.

Deputat Vüqar Bayramov isə bildirib ki, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi iqtisadi artımla bağlı proqnoz Beynəlxaq Valyuta Fondunun metodologiyası əsasında aparılıb: “Bu metod də çox sadədir. İqtisadi artımla bağlı proqnozlaşdırma metadologiyası təkmilləşdirilməlidir ki, proqnozlarla real rəqəmlər arasında fərq olmasın”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password