Yeganə yol budur: yalnız Türkiyə bacarar – General

 

HƏMAS və İsrail arasındakı müharibə başlayanadək NATO və Avropa üçün Ukrayna birinci dərəcəli məsələ idi, indi isə istər-istəməz arxa plana keçib.

Bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General müharibənin hazırki gedişatının Ukraynanın gələcəyi üçün böyük təhlükə yaratdığını qeyd edib:

“Əslində isə İsrail ABŞ üçün, Ukrayna isə Avropa üçün birinci dərəcəli məsələ olmalı idi. AB ölkələri də Kiyevə lazımi silah-sursat yardımı edə bilmirlər. Cəbhədə baş verənlər Ukraynanı hər gün qələbədən bir az da uzaqlaşdırır. Ukrayna irəliliyə bilmir və Krım hadisələrindəki kimi Rusiya hazırda işğal etdiyi ərazilərdə de-fakto nəzarəti ələ keçirib. Zelenskinin diplomatik həmlələrinin istənilən nəticələri doğurması çox çətindir. Vəziyyətin belə davam etməsi Rusiyanın ələ keçirdiyi ərazilərdə yeni bir status-kvo formalaşdırmasına gətirib çıxara bilər. Bu da Ukrayna üçün yeni ərazi itkisi deməkdir. ABŞ və kollektiv Qərb Rusiyanın əldə etdiyi hazırki üstünlüklə müharibənin dayandırılmasını, atəşkəsin imzalanmasını istəyə bilər. Lakin Moskvanın indiki məqamda buna razı olub-olmayacağı sual altındadır”.

Yücel Karauz İsveçrənin artıq tərəf olduğunu və orada keçiriləcək konfransdan da ciddi nəticələr gözlənmədiyini bildirib:

“Gələn ay İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək. Konfransda 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa Birliyi, həmçinin BMT, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcək. Ancaq hələ ki, tədbirə müharibənin tərəfi Rusiya dəvət olunmayıb. Əvvəl də Qərb ölkələrində bənzər toplantılar keçirilib. Buradan da ciddi bir nəticə çıxacağını düşünmürəm. Çünki Rusiyanın dəvət edilmədiyi bir tədbirdə bütün tərəflər üçün məqbul həll yolunun tapılması mümkün deyil. Diplomatik dildə isə dəvət etməmək həm də saymamaq, fikrini diqqətə almamaq deməkdir. Konfransa yanvar ayından etibarən hazırlıq gedir, ancaq nəticənin olacağına ümid getdikcə azalır. İsveçrə bitərəf ölkə olsa da, AB-nin Rusiyaya qarşı bütün sanksiyalarına qoşuldu. Yəni artıq İsveçrə öz tərəfsizliyini itirib və belə bir vəziyyətdə oturub sülhdən danışmaq məntiqli deyil”.

General yalnız İstanbul formatı ilə sülhün mümkün ola biləcəyini vurğulayıb:

“Tərəflər üçün yeganə məqbul çıxış yolu Qərbin maneələrinə və israrına baxmadan İstanbul masasına qayıtmaqdır. Əgər vaxtında İstanbulda Rusiya və Ukrayna arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün iş başlasa idi, bəlkə də artıq müharibə bitmişdi. Çünki yalnız Türkiyə prosesə tərəfsiz yanaşa, vasitəçilik edə və qlobal mənada hər kəsin qəbul etdiyi sülh müqaviləsinin hazırlanmasına töhfə verə bilər”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password