Müharibə sərhədi aşdı: Rusiyaya zərbələr endirilir – Lavrovdan açıqlama

 

ABŞ və digər Qərb ölkələrindən Ukraynaya verilən silahlarla artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirilir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Amerika silahları artıq döyüş zonasından kənarda müxtəlif hədəflərə qarşı istifadə olunur. Biz ondan çıxış edirik ki, Amerika və digər Qərb ölkələrinin silahları Rusiya Federasiyası ərazisindəki hədəflərə, ilk növbədə mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələr endirir”, – nazir vurğulayıb.

Lavrovun sözlərinə görə, Qərb ölkələri Kiyevə verilən silahların Rusiya ərazisində istifadəsini təşviq və ya tövsiyə etmədikləri barədə bütün bəyanatlarına baxmayaraq, Rusiya qarşı müharibə aparırlar. Xarici işlər naziri amerikalıların öz ictimai rəyi və ya NATO üzvləri üçün təqdim etməyə çalışdıqları bu cür arxayınedici bəyanatları hiylə adlandırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password