Fransanın Azərbaycanla bağlı bu etirafı… – Tamer

 

Avropalı bir aktor olmasına rəğmən Fransa siyasi səbəblərlə dünyanın bir çox bölgəsində nüfuz dairələri əldə etmək uğrunda mübarizə aparır. Bunun önəmli bir hissəsi koloniyalar dövründən miras qalan problemlərlə bağlıdır. Bu gün Fransa Afrikadakı keçmiş müstəmləkəyə çevirdiyi ölkələrdən çıxarılmaqda və qlobal miqyasda gücünü itirməkdədir.

Bu sözləri Fransanın Yeni Kaledoniya siyasəti haqqında danışan Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) Asiya-Sakit okeanı bölgəsi üzrə mütəxəssisi Cenk Tamer deyib.

Ekspert Makron hökumətinin qlobal mənada bir çox istiqamətdə məğlub olduğunu bildirib:

“Sakit okeandakı dənizkənarı ərazilər Fransanın varlığını davam etdirə bilmək üçün sərt gücə söykənən klassik müstəmləkəçilik siyasəti yürütdüyü və mübarizə verdiyi yerlərdən biridir. Rəsmi Paris 1,5 milyondan çox Fransa vətəndaşının yaşadığı bu bölgədəki nüfuzunu qoruya bilmək üçün son illərdə adada bir sıra siyasi, hərbi və iqtisadi tədbirlər həyata keçirib. Yeni Kaledoniyadakı fransız seçicilərin sayını artırmağa və yerli kanakların söz haqqını azaltmağa yönəlmiş son konstitusiya dəyişikliyi də bununla bağlıdır. Fransa belə addımlarla öz varlığını təminat altına almaq məqsədi güdür. Paris azad və açıq Hind-Sakit okean regionu prinsipini qəbul edən ölkələrdən biridir. Digər tərəfdən də demokratik dəyərlərə bağlılığını və xalqın təmsil olunma hüququnu qoruduğunu iddia edən bir aktordu. Lakin Yeni Kaledoniyadakı yerli kanakların siyasi iradəsini azaldacaq həmlələr bununla ziddiyyət təşkil edir və xalqın ciddi etirazına səbəb olur. Afrikadakı müstəmləkələrinə qarşı sərgilədiyi mövqeyi də nəzərə alsaq, artıq Fransanın demokratiya maskasının düşdüyünü deyə bilərik. Prezident Makronun “böyük Fransa” xəyallarına xidmət edən xarici siyasət vizyonu da getdikcə uğursuzluğa düçar olur. Ona görə də “Don Kixot” sindromuna qapılıblar və hər yerdə düşmən axtarırlar”.

Cenk Tamer Makron hökumətinin Azərbaycana qarşı ittihamlarını Qarabağ müharibəsində uğradığı siyasi məğlubiyyətlə əlaqələndirib:

“Cənubi Qafqaz da Fransanın ciddi şəkildə nüfuzunu itirdiyi bölgələrdəndir. Bütün ortaya çıxartdığı maneələrə baxmayaraq, Azərbaycanın irəliləməsi və öz torpaqlarını işğaldan qurtarması Fransanı hiddətləndirib. Çünki Paris Bakının onu BMT TŞ də daxil olmaqla, bütün təşkilatlarda və döyüş meydanında ağır məğlubiyyətə uğradacağını gözləmirdi. Döyüş meydanı deyirəm, çünki müharibə dövründə Fransanın Ermənistana etdiyi yardımlar göz önündədir. Ona görə də hazırda bu ölkə Azərbaycanı qlobal miqyasda rəqib kimi görür. Əslində bu, bir tərəfdən də Fransanın artıq Azərbaycanı qlobal oyunçu kimi gördüyünün sübutudur. Dolayısı ilə Fransanın Yeni Kaledoniyadakı məsələləri Azərbaycanla əlaqələndirməsinin ən önəmli səbəbi Cənubi Qafqazdakı məğlubiyyətidir. Makronun populist siyasəti sevdiyi və bu yolla qlobal proseslərdən mənfəət əldə etməyə çalışdığı hamıya məlumdur. O, hakimiyyətə gələndən sonra ölkəsinin maraqlarına ciddi mənada zərbə dəyməyə başlayıb. Ona görə də Yeni Kaledoniyadakı hadisələrlə bağlı Azərbaycanı hədəf göstərərək daxildə xalqın hökumətə qarşı təzyiqlərini azaltmaq və diqqəti başqa yerə çəkmək istəyir. Parisin belə həmlələri davam edəcək, ancaq rəsmi Bakı da bütün ssenarilərə hazırdır”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password