Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir – Tarasov

 

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması ilə bağlı rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov da şərhlə çıxış edib.

Ermənipərəst mövqeyi ilə seçilən Tarasov bu olayın Ermənistana “mümkün təsiri”ndən yazıb.

Onun sözlərinə görə, helikopterin qəzaya uğraması və Prezident İbrahim Rəisi və XİN başçısı Abdullahianın həlak olması Yaxın Şərqdə mümkün hadisələrlə Ermənistan ətrafında çətin geosiyasi vəziyyəti daha da pisləşdirəcək:

“44 günlük müharibədən, Ermənistan hakimiyyətinin siyasəti nəticəsində çətin xarici əlaqələr şəraitində Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı statusundan məhrum olmasından və İrəvanın KTMT-yə üzvlük statusunu dondurmasından sonra İran əsas mövqe tutdu, Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi elan etdi, eyni zamanda Cənubi Qafqazda sərhəd dəyişikliklərinin yolverilməzliyindən, ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyindən danışdı. İranın Zəngəzur dəhlizinin yolverilməzliyi ilə bağlı mövqeyini də qiymətləndirməmək mümkün deyil, İran hökuməti müxtəlif bəyanatlarla bu dəhlizin açılmasına imkan verməyəcəyini açıq şəkildə bəyan etdi. Hazırda İran prezidenti helikopterinin qəzaya uğraması və prezidentin, xarici işlər nazirinin və onların yoldaşlarının faciəvi şəkildə həlak olması faktı İranın daxili həyatında gözlənilən qarışıqlıq mərhələsini fərz etməyə imkan verir”.

 

Tarasov bildirib ki, İranın dini lideri Əli Xameneinin ölkə həyatında qeyri-sabitliyin olmasına yol verməyəcəkləri barədə bəyanatına baxmayaraq, hətta digər ssenarilər istisna edilsə belə, ölkədə seçki və seçkidən sonra proseslər İranı daxili siyasətlə məşğul edəcək. Bu isə Ermənistan ətrafında geosiyasi vəziyyəti pisləşdirə bilər.

Qeyd edək ki, Tarasov ənənəvi erməni maraqlarından çıxış etməyə çalışıb və birtərəfli baxış sərgiləyib. Əslində Ermənistan çoxdandır ki, İranın istəklərini rədd edir, o cümlədən regiondankənar qüvvələri öz ərazisinə buraxması da daxil olmaqla, Tehranla hərbi-siyasi əlaqələrin genişlənməsində maraqlı deyil. Çünki Qərb Ermənistanın hazırkı hakimiyyətinə bunu etməyə imkan vermir. Bu prosesin nəticəsi isə son aylar Azərbaycan-İran əlaqələrinin inkişafını stimullaşdırıb. Təsadüfi deyil ki, regional məsələləri region ölkələri ilə birgə həll etmək, kənar qüvvələrin regiona destruktiv müdaxiləsinə imkan verməmək, o cümlədən regionun iqtisadi imkanlarını, dəhlizləri, nəqliyyat əlaqələrini gücləndirməklə bağlı Azərbaycanın mövqe və maraqları İranla üst-üstə düşür və bu istiqamətdə ciddi layihələr həyata keçirilir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password